BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9359
  • RUB
    2.0852
  • TRY
    0.0444
  • GBP
    2.2618
68447

“İş yerləri və fabriklər gurultu ilə geri qayıdacaq”.

Valyuta.Az "CNN"ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp tətbiq olunacaq tariflər sayəsidə mümkün olacağını deyib. 

Hazırda qüvvədə olan qlobal tariflərlə yanaşı, geyimdən elektronika məhsullarına qədər bir çox malın qiymətində ciddi artımlar gözlənilir və bu yük əsasən amerikalı istehlakçıların üzərinə düşəcək. Tanınmış texnologiya analitiki xəbərdarlıq edir ki, əgər “Apple” "iPhone" modellərini ABŞ-də istehsal etsə, onların qiyməti təxminən 3.500 dollara qədər yüksələ bilər.

Tramp və onun iqtisadi müşavirləri bildirirlər ki, bu tariflər nəticəsində ABŞ-yə saysız-hesabsız istehsal sahələri geri qaytarılacaq və milyonlarla amerikalı işlə təmin olunacaq.

Lakin “Wedbush Securities” maliyyə şirkətinin texnologiyalar üzrə qlobal araşdırma rəhbəri Den Ayvs CNN kanalına müsahibəsində bu yanaşmanın “uydurma bir nağıl” olduğunu deyib.

Onun sözlərinə görə, ABŞ-də istehsal olunan "iPhone"ların qiyməti mövcud təqribən 1.000 dollar səviyyəsindən üç dəfə artıq ola bilər. Bunun səbəbi hazırda Asiyada mövcud olan son dərəcə mürəkkəb istehsal ekosisteminin ABŞ-də təkrarlanmasının zəruriliyidir.

Siz həmin təchizat zəncirini ABŞ-də, məsələn, Qərbi Virciniya və Nyu-Cersidə yerləşən bir yarımkeçirici zavodla qurmaq istəsəniz, o zaman 'iPhone'un qiyməti 3.500 dollar olacaq,” – deyə o, çiplərin istehsal olunduğu yüksək texnologiyalı zavodlara istinadla bildirib.

Hətta belə bir addım atılsa belə, “Apple” üçün təchizat zəncirinin cəmi 10 %-ni ABŞ-yə köçürmək təxminən 30 milyard dollara başa gələcək və bu proses üç il davam edəcək.

Trampın prezident vəzifəsinə başladığı yanvar ayından bəri “Apple” səhmlərinin dəyəri təxminən 25 % azalıb. Bu azalma şirkətin Çin və Tayvana çox bağlı olan geniş təchizat zəncirinə tariflərin təsiri ilə bağlı narahatlıqlarla izah olunur. Hazırda "iPhone" modellərinin təqribən 90 %-i Çində yığılır.

Məhz buna görə də şirkətin səhmlərinin durumu bu şəkildə dəyişib. Çünki bu tariflərdən ən çox zərər görən texnologiya şirkəti məhz 'Apple'dir,” – deyə Ayvs bildirib. “Bu, iqtisadi bir fəlakətdir, xüsusən də texnologiya sektoru üçün.

Qeyd edək ki, "iPhone"larda istifadə olunan əsas çiplər əsasən Tayvanda istehsal olunur. Onların ekran panelləri isə Cənubi Koreya şirkətləri tərəfindən təmin edilir. Digər bəzi komponentlər Çində hazırlanır və son montaj da əsasən bu ölkədə aparılır.

Fevral ayında “Apple” qarşıdakı dörd il ərzində ABŞ iqtisadiyyatına 500 milyard dollarlıq sərmayə qoyacağını açıqlayıb. Bu addım həm Çindən asılılığın azaldılması, həm də Trampın ölkəyə qarşı tariflərindən yayınmaq məqsədi daşıyır.

Həmçinin oxu: "Apple" ABŞ-yə yarım trilyon dollar sərmayə qoyacaq

Texnologiya analitikləri razılaşırlar ki, təchizat zənciri olduğu yerdə qalsa belə, "iPhone" qiymətləri artacaq. “Rosenblatt Securities” investisiya bankının hesabatına görə, əgər “Apple” tariflərin artan xərcini tam şəkildə istehlakçılara ötürsə, o zaman "iPhone" modellərinin qiyməti 43 % bahalaşa bilər. 

Rəhim
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" ABŞ bazarı üçün bütün "iPhone"ların yığılmasını Hindistana köçürməyi planlaşdırır

Ləğv prosesində olan daha iki bankın əmlakı satışa çıxarılır

Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı®

Yeni tibb kollecləri açılacaq - Bu ərazilərdə

Büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi nədən xəbər verir?

Stomatoloqlar da monitorinqdən keçiriləcək

Sabah Bakıda 27 dərəcə isti olacaq

Bu həkimlər sertifikasiya imtahanından azad edilir

Bu şirkətlər cəzalandırıldı - ADLARI

Sertifikasiyadan kəsilənlərə güzəştlər olunacaq - Qanun dəyişir

Sertifikasiyadan kəsilənlərə güzəştlər olunacaq - Qanun dəyişir

Şamaxıda 877 min manata istirahət mərkəzi satışa çıxarıldı - FOTOLAR

Azərbaycanda yeni məhkəmələr yaradılacaq

Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib

"Qaynarinfo" 18 yaşını qeyd edir

BOKT-un lisenziyası könüllü şəkildə ləğv edildi

“Süni intellekt modellərinin necə işlədiyini başa düşməkdə acizik” - Tanınmış tədqiqatçı

İyunda 13 gün iş olmayacaq

Diplomatlara təminat və kompensasiyaların verilməsi ilə bağlı yeni QƏRAR

Prezident İlham Əliyev Aİ-nin ali nümayəndəsi Kaya Kallası qəbul edib

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Sahibkarlar Günü ilə əlaqədar “Ulduz” şokolad fabrikini ziyarət edib®

Azərbaycanda satışın öz “kodu” var: Müştəri yox deyir, amma son qərarı deyil

"S&P" açıqladı: Sığorta sektorumuz risk qiymətləndirməsində yenə 5-ci pillədə

Bankda hesab açmağın qaydası dəyişdi - Yeniliklər

Bankda hesab açmağın qaydası dəyişdi - Yeniliklər

Harvard 1 milyard dollarlıq aktivini satmaq istəyir - “Bloomberg”

Hakerlər bank kartları ilə bağlı hansı sualları verirlər? - VİDEO

Hüquqşünaslıq ixtisasında keçid balları

AQTİ-yə məxsus üç avtomobil neçəyə satılıb?

Neftimizin qiyməti 68 dolları ötdü

Bakıda zəlzələ riski: Binalar sarsıntıya tab gətirə bilər? (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin