BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1375
  • TRY
    0.0436
  • GBP
    2.3093
68421

Son günlər bank kartlarından pul oğurluqları gündəmi zəbt edib. Kiberüsullarla gerçəkləşdirilən, cinayətkarlıq növləri sırasında pushing (bank kartlarından pulların oğurlanması) adlanan qanunsuz müdaxilə geniş vüsət almaqdadır. Bu hadisələr vətəndaşları da çaşdırıb: pullarını nağd, yoxsa kartda saxlasınlar? 

Valyuta.az xəbər verir ki, İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bununla bağlı fikirlərini Modern.az-la bölüşüb. 

O qeyd edib ki, müasir dövrdə pulun kartda və ya nağd formada saxlanılması şəxsi ehtiyaclar, texnoloji vərdişlər və təhlükəsizlik baxımından fərqli üstünlüklər və risklər daşıyır. Rəqəmsal dövrlə ayaqlaşmaq baxımından vəsaitlərin kartda saxlanılması rahatlıq və izləniləbilənlik baxımından üstünlük təşkil edir. Onlayn alış-veriş, sürətli ödənişlər, cashback və bank xidmətlərinə çıxış kart istifadəsini daha da stimullaşdırır.

Onun sözlərinə görə, kartdan istifadə zamanı fişinq, skimming, hesab məlumatlarının oğurlanması və ya mobil tətbiqlərin zəif qorunması kimi kibertəhlükələr mövcuddur. Bu risklərə qarşı istifadəçilər 3D Secure-ni aktiv etməli, şübhəli linklərə daxil olmamalı və bank tətbiqlərini rəsmi mənbələrdən yeniləməlidir. 

Eyni zamanda banklar da mütəmadi monitorinq və sığorta mexanizmləri ilə bu sahədə qoruma tədbirlərini gücləndirməlidir.

Ekspert açıqlayıb ki, nağd pul fiziki oğurluq, itki və ya təbii fəlakət riski daşıyır. Üstəlik, böyük məbləğləri daşımaq və ya saxlamaq praktiki baxımdan təhlükəlidir və izlənə bilmədiyi üçün hüquqi mübahisələrdə sübut problemi yarada bilər. Bu baxımdan, vətəndaşlar həm təhlükəsizlik, həm də rahatlıq balansını qorumaq üçün vəsaitlərini fərqli formatlarda saxlamaqla riskləri bölüşdürməlidirlər. 

Əsas məsələ – maariflənmək və şəxsi maliyyə təhlükəsizliyi vərdişlərinə sahib olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İki ölkə Rusiya neftinin "qiymət tavanını" endirmək istəyir, amma problem var

Metrologiya İnstitutunun tenderləri baş tutmadı

“Komfort Construction” şirkətinin 86 min manat vergi borcu üzə çıxdı

Yaponiya dünyanın ən böyük xarici aktiv sahibi olmaqdan çıxdı - 34 il sonra

Süni intellekt modellərini aldatmaq hələ də çox asandır - ARAŞDIRMA

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

​​Elmi-Tədqiqat Pediatriya İnstitutundan “Arash Medical”a 179 min manatlıq sifariş

"Xalq Həyat" hər 100 manata 83 manat ödədi – Digər şirkətlər nə qədər ödəyib?

“Bu qərarla lisey və gimnaziyalara olan marağı məhv etdik” – Təhsil eksperti

Bill Qeyts yay mövsümü üçün 5 kitab tövsiyə etdi

Kibertəhlükə yaxınınızda - Bu parolları telefonda istifadə etməyin

Məhkəmə Hüseyn Həsənov barədə qərar verdi

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

Yer kürəsinin nüvəsindəki qızıl və qiymətli metallar lavalara sızır

"OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Lisey və gimnaziyalara qəbul qaydaları niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA

Ölkəmizdə ən çox hansı rayonlar ziyarət edilir? - AÇIQLAMA

Əcnəbi şirkətin 175 min manat vergi borcu var

Naxçıvan xəstəxanasına yeni direktor təyin edildi

Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI

Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI

16 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Xaricdən maşın alanda aldanmamaq üçün bunlara diqqət edin

Fəaliyyəti dayandırılmış ABU-nun vergi borcu üzə çıxdı

Məhkəmə 8000 manat dələduzluq edəni həbs etmədi

Harvard Universitetinin qadağa qoyduğu əcnəbi tələbələri hansı ölkə qəbul edəcək?

Azərbaycanlı alim vəfat etdi - FOTO

"KFC" bu ölkələrə 2 milyard dollar sərmayə yatıracaq

Ali təhsil haqqında qanun layihəsi ötən çağırışdan hazırdır -DEPUTAT

Pub 3 milyon 200 min manatla satışa çıxarılıb - Hərrac tarixi açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin