BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.9359
  • RUB
    2.0852
  • TRY
    0.0444
  • GBP
    2.2618
68419

"Avro"nun "dollar" qarşısında məzənnəsi ticarət müharibəsi fonunda 2 faizdən çox artıb.

Valyuta.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, "avro" 1,136 dollar səviyyəsində olub (+1,51%). Gün ərzində məzənnə 1,147 dollar səviyyəsinə qədər yüksəlib ki, bu da 2022-ci ilin fevralından bəri ilk dəfə qeydə alınıb.

"Dollar"ın zəifləməsinə səbəb ABŞ-nin gömrük rüsumlarını artırmasına Çin Xalq Respublikasının cavab reaksiyası olub. Çin Xalq Respublikasının Maliyyə Nazirliyi 12 apreldən etibarən Amerika məhsullarına tətbiq edilən gömrük rüsumlarını 125 faizə qədər artıracağını açıqlayıb. Bunun fonunda Çin məhsullarına qarşı isə faktiki olaraq 145 faizlik rüsumlar qüvvədədir. 

ABŞ iqtisadiyyatına olan inamın azalması fonunda "dollar"ın dəyəri aşağı düşür.

İnvestorlar Amerika aktivlərindən imtina edərək, təhlükəsiz sayılan aktivlərə - İsveçrə frankı, yapon yeni, "avro" və qızıla üstünlük verirlər. "Dollar"ın etibarlılığı ilə bağlı mümkün bir böhran məsələsi artıq cavabını tapıb - biz bu böhranı tam şəkildə yaşayırıq", - deyə "ING Bank NV"nin strateqləri bildiriblər.

Beləliklə, ABŞ "dollar"ı İsveçrə frankına qarşı 2015-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə düşüb. Avropada səhər ticarəti zamanı "dollar"ın məzənnəsi İsveçrə frankına qarşı 0,81150 səviyyəsinə qədər enib. Bu, 10 apreldə başlayan və demək olar ki, 4% olan enişin davamı kimi qiymətləndirilir. "Dollar", eyni zamanda, yapon yeninə qarşı da 1,4% azalaraq 142,37-yə düşüb. Qızıl isə 1,4% bahalaşaraq rekord səviyyə olan 3219,23 dollar/unsiya həddinə çatıb.

ABŞ "dollar"ının altı əsas valyutaya qarşı məzənnəsini ölçən "Dollar İndeksi" isə 1,2 faiz enərək, 2023-cü ilin iyulundan bəri ilk dəfə olaraq 100 həddinin altına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ChatGPT üçün təhlükə zəngləri: Süni intellekt sahəsində daşlar yerindən oynayır

"Microsoft" "ağ hakerlər"ə 1,6 milyon dollar mükafat ödəyib

“ZEN Architects and Construction” şirkətinin xeyli miqdarda vergi borcu var

Kommunal təsərrüfata rəhbərlik edəcək dövlət qurumunun yaradılması təklif olunur – Hansı üstünlükləri var?

"Youtube"un yeni, gözlənilməz funksiyaları nələrdir?

Yeni araşdırma: İnsanlar hələ də süni intellektdən üstündür

Bu qurum 295 min manatlıq avtomobil alır

Avropada yay tətili sifarişləri azalıb - Aviaşirkətlər həyəcan təbili çalır

Sumqayıtda “Abad məhəllə” layihəsi

“Aztelekom” yenidən təşkil olunur

Kirayə, yoxsa ipoteka sərfəlidir?

Kirayə, yoxsa ipoteka sərfəlidir?

Gənclərin ən çox müraciət etdiyi sığorta növləri

Baş nazirdən “Azərenerji” prezidenti vəzifəsi ilə bağlı QƏRAR

Ağdama 1987 ailənin köçü üçün 1,6 milyon manat ayrılıb

"Azərenerji"də iş vəd etdi, sinif yoldaşlarını aldatdı

Sabah bu ərazilərdə qaz verilişi dayandırılacaq

Bəzi ərazilərə dolu düşəcək, sulu qar yağacaq

Avropa İttifaqından "Apple" və "Meta"ya rekord cərimə

"PepsiCo" ilk rübdə gözləntiləri doğrultmayıb

"PepsiCo" ilk rübdə gözləntiləri doğrultmayıb

Bələdiyyələr pulunu nələrə xərcləyir? - Rəqəmlər

"Xalq Sığorta"nın mənfəəti 3 dəfə azalıb, 2 ildir vergi ödəmir

Məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq - Bu tarixdən

Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik - YENİLİK

Süni intellektin yaradıcı mütəxəssisləri bu sahədən pul qazana bilirlər?

Süni intellektin yaradıcı mütəxəssisləri bu sahədən pul qazana bilirlər?

Bakı Metropolitenindən 1 milyonluq sifariş

Avropanın məşhur kurortları iqlim dəyişikliyi səbəbilə yox ola bilər

VÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?

Baş nazirdən “Azərenerji” ilə bağlı QƏRAR

CV göndərmədən iş tapa bilən kadr olmaq üçün nələr etməliyik?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin