
11.04.2025 / 21:00
Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər
68418
ABŞ prezidenti Donald Trampın aqressiv gömrük siyasəti nəticəsində yaranan ticarət müharibələri 2025-ci ildə dünya iqtisadiyyatına ən azı 2 trilyon dollara başa gələ bilər.
Valyuta.az xəbər verir ki, bu fikri Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin beynəlxalq biznes kafedrasının dosenti Anastasiya Prikladova "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, əgər əksər ölkələr üçün yüksək gömrük rüsumlarının təsiri uzunmüddətli perspektivdə (bir ildən çox) davam etsə, zərər daha çox ola bilər. Bununla belə, ekspertin fikrincə, 2026-cı ilə kimi yenidən yüksəliş görmək şansı var.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay