
Vyetnam ABŞ-yə Çin mallarına nəzarətin gücləndirəcəyini vəd etdi
Vyetnam hökuməti, ABŞ ilə ticarət əlaqələrini möhkəmləndirmək məqsədilə öz ərazisindən keçən Çin mənşəli mallara nəzarəti artıracağını və Pekinlə ticarət qaydalarını sərtləşdirəcəyini bəyan edib.
Valyuta.Az-ın verdiyi xəbərə görə, bu addım, Vaşinqtonun "Vyetnamda istehsal olunub" etiketi ilə Çin məhsullarının ABŞ bazarına daxil olmasından narahatlığına cavab olaraq atılıb.
"Reuters" agentliyinin əldə etdiyi hökumət sənədinin layihəsinə əsasən, Hanoy ABŞ-yə ixrac edilən Çin mallarının Vyetnam ərazisindən keçidinə daha ciddi nəzarət mexanizmləri tətbiq edəcək. Bu tədbirlər, Çin məhsullarının ABŞ-nin yüksək idxal rüsumlarından yayınmasının qarşısını almağa yönəlib.
Bundan əlavə, Vyetnam hökuməti yarımkeçiricilər və peyk avadanlıqları kimi ikili təyinatlı malların Çinə ixracına nəzarətin gücləndirilməsi barədə qərar layihəsini təqdim edib. Bu, ABŞ-nin texnoloji təhlükəsizlik sahəsindəki narahatlıqlarını azaltmaq məqsədi daşıyır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib. 10% həcmində universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Bundan əlavə, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal edilən avtomobillərə 25% həcmində gömrük rüsumları tətbiq edib. Tramp, həmçinin iqtisadi durumla əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan edib .
Aydın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay