
Əsas kapitala 3,4 milyard manat investisiya yönəldilib
Bu ilin yanvar-mart aylarında əsas kapitala 3 milyard 467 milyon 700 min manat məbləğində investisiya qoyulub.
Valyuta.az xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1% azdır.
Bundan əlavə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmində 24,2%, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmində isə 2,4% azalma müşahidə olunub.
İstifadə olunan investisiyanın 1 814,6 milyon manatı və ya 52,3%-i məhsul istehsalı sahələrinə, 970,2 milyon manatı (28,0%-i) xidmət sahələrinə, 682,9 milyon manatı (19,7%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilən investisiyaların 2 519,0 milyon manatını və ya 72,6%-ni daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilən investisiyaların 2 693,5 milyon manatı və ya 77,7%-i isə bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay