BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9359
  • RUB
    2.0852
  • TRY
    0.0444
  • GBP
    2.2618
68389

Amerika korporasiyaları ABŞ prezidenti Donald Trampın başlatdığı tarif müharibəsi fonunda məhsul istehsalını Çindən ABŞ-a, Meksikaya və Vyetnama köçürməyə başlayıblar. 

Valyuta.az xəbər verir ki, bu barədə ura.ru-ya verdiyi açıqlamada Rusiya Milli Tədqiqat Universiteti - Ali İqtisad Məktəbinin (HSE) Kompleks Avropa və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Vasili Kaşin bildirib.

"Tarif müharibəsinin məqsədi uzunmüddətlidir - ABŞ-ın XXI əsrdəki əsas geosiyasi rəqibi olan Çindən iqtisadi asılılığını azaltmaq və Amerika ilə Çin iqtisadiyyatlarının qarşılıqlı əlaqəsini zəiflətməkdir", deyə Kaşin vurğulayıb.

Onun sözlərinə görə, Tramp bu siyasəti ilk prezidentlik dövründə, yəni 2018-ci ildə həyata keçirməyə başlayıb. Nəticədə, bir neçə il ərzində Çin ABŞ-ın ümumi idxalındakı payını 2018-ci ildəki 21%-dən 2024-cü ildə 13%-ə endirib.

Kaşin qeyd edib ki, ticarət məhdudiyyətlərinin təsirləri görünməyə başladıqdan sonra ABŞ bazarına yönəlik çalışan şirkətlər istehsalı tədricən başqa ölkələrə - xüsusən ABŞ-a, Meksikaya və Vyetnama köçürməyə başlayıblar. "Apple" kimi iri texnoloji korporasiyalar bu prosesi Trampın ilk müddətində artıq başlatmışdılar.

Ekspertin sözlərinə görə, əvvəlki ticarət müharibələrinin təcrübəsi göstərir ki, bu cür siyasətdən əsas fayda götürən ölkə Meksikadır. Buraya istehsalın əhəmiyyətli hissəsi köçürülür, çünki burada ucuz işçi qüvvəsi və əlverişli coğrafi mövqe mövcuddur. Bundan əlavə, Meksika ABŞ, Kanada və Meksika arasında imzalanmış "USMCA" adlı azad ticarət sazişinin iştirakçısıdır və bu saziş bir sıra sahələr üzrə gömrük rüsumlarını istisna edir.

9 aprel tarixində Tramp 75 ölkəyə qarşı yeni tariflərin tətbiqini 90 gün müddətinə dayandırdığını elan edib. O, bu qərarı "insanlar bir qədər gərgindir" sözləri ilə izah edib. Bu bəyanat bazarları sakitləşdirib: "Bitcoin", neft, qızıl və səhmlərin dəyəri artıb, dollar isə möhkəmlənib. Tramp bildirib ki, ABŞ biznesə "lazımsız yerə" zərər vurmaq istəmir və şirkətlərə dəstəklə bağlı qərarları "intuisiya ilə" verəcəyini vurğulayıb.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hansı şirkət daha çox sığorta haqqı yığıb? - RENKİNQ

Birbank Private xidmət şəbəkəsini genişləndirir®

Birbank Private xidmət şəbəkəsini genişləndirir®

Əczaçılıq məhsullarının idxalında tonluq azalma

"Apple" ABŞ bazarı üçün bütün "iPhone"ların yığılmasını Hindistana köçürməyi planlaşdırır

Ləğv prosesində olan daha iki bankın əmlakı satışa çıxarılır

Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı®

Yeni tibb kollecləri açılacaq - Bu ərazilərdə

Büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi nədən xəbər verir?

Stomatoloqlar da monitorinqdən keçiriləcək

Sabah Bakıda 27 dərəcə isti olacaq

Bu həkimlər sertifikasiya imtahanından azad edilir

Bu şirkətlər cəzalandırıldı - ADLARI

Sertifikasiyadan kəsilənlərə güzəştlər olunacaq - Qanun dəyişir

Sertifikasiyadan kəsilənlərə güzəştlər olunacaq - Qanun dəyişir

Şamaxıda 877 min manata istirahət mərkəzi satışa çıxarıldı - FOTOLAR

Azərbaycanda yeni məhkəmələr yaradılacaq

Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib

"Qaynarinfo" 18 yaşını qeyd edir

BOKT-un lisenziyası könüllü şəkildə ləğv edildi

“Süni intellekt modellərinin necə işlədiyini başa düşməkdə acizik” - Tanınmış tədqiqatçı

İyunda 13 gün iş olmayacaq

Diplomatlara təminat və kompensasiyaların verilməsi ilə bağlı yeni QƏRAR

Prezident İlham Əliyev Aİ-nin ali nümayəndəsi Kaya Kallası qəbul edib

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Sahibkarlar Günü ilə əlaqədar “Ulduz” şokolad fabrikini ziyarət edib®

Azərbaycanda satışın öz “kodu” var: Müştəri yox deyir, amma son qərarı deyil

"S&P" açıqladı: Sığorta sektorumuz risk qiymətləndirməsində yenə 5-ci pillədə

Bankda hesab açmağın qaydası dəyişdi - Yeniliklər

Bankda hesab açmağın qaydası dəyişdi - Yeniliklər

Harvard 1 milyard dollarlıq aktivini satmaq istəyir - “Bloomberg”

Hakerlər bank kartları ilə bağlı hansı sualları verirlər? - VİDEO

Hüquqşünaslıq ixtisasında keçid balları

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin