BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9581
  • RUB
    2.0781
  • TRY
    0.0445
  • GBP
    2.2754
68382

"Tesla" şirkəti Çində satışda olan "Model S" və "Model X" elektrikli avtomobilləri üçün rəsmi internet saytından "indi sifariş et" seçimini ləğv edib. 

Valyuta.az xəbər verir ki, bu addım ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yüksək gömrük rüsumlarına qarşı Çin tərəfindən verilən cavab tədbirlərindən bir neçə gün sonra atılıb.

"Wayback Machine" tərəfindən arxivləşdirilmiş ekran görüntüsünə əsasən, mart ayının sonunda "Tesla"nın Çin versiyalı saytında hər iki model üçün "indi sifariş et" seçimi mövcud idi. Lakin cümə günündən etibarən bu seçim artıq saytda görünmür. Buna baxmayaraq, 759 900 yuan (təxminən 103 800 ABŞ dolları) dəyərində olan, ağ rəngli "Model S" kimi stokda olan avtomobillər hələ də satışda qalır.

"Tesla"nın Çindəki nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

ABŞ prezidenti Tramp, həm Çinlə olan ticarət kəsirini azaltmaq, həm də ABŞ-ın idxal vergilərinə qarşı cavab tədbirləri gördüyü üçün Pekini cəzalandırmaq məqsədilə Çin məhsullarına 125 faiz gömrük rüsumu tətbiq edib. Bu rəqəm, bu ilin əvvəlində Çin tərəfindən fentanil qaçaqmalçılığına görə tətbiq olunan 20 faiz rüsumun üzərinə əlavə olunmaqla ümumi rüsumu 145 faizə yüksəldib.

Çin də ABŞ məhsullarına qarşı cavab olaraq bütün amerikan mallarına tətbiq olunan vergiləri 84 faizə qədər artırıb. Bundan əlavə, Pekin ABŞ filmlərinin ölkəyə giriş kvotasını azaltmağı planlaşdırdığını açıqlayıb.

"Tesla"nın Şanxaydakı zavodunda yalnız "Model 3" və "Model Y" modelləri istehsal olunur. Bu avtomobillərin əksəriyyəti ya Çində satılır, ya da Asiyanın digər bölgələrinə ixrac olunur. Çində "Model S" və ya "Model X" almaq istəyən müştərilər bu avtomobilləri xaricdən idxal etməli olurlar.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Melissa Group”un rəhbərinin həbs müddəti uzadıldı

Ali məktəb ixtisaslarının keçid balları açıqlandı

Ali məktəb ixtisaslarının keçid balları açıqlandı

Bakıda məşhur şadlıq evləri cərimələndi - SİYAHI

Alatavada qanunsuz söküntü ilə bağlı saxlanılan ekskavator sürücüsünün həbs müddəti uzadıldı

İstanbulda güclü zəlzələ olub

"JP Morgan"dan qızıl qiymətləri ilə bağlı böyük proqnoz

"Bitcoin" sürətli yüksəlir... - Mütəxəssislər yeni hədəf qiyməti açıqladı

“Azər-Türk Bank”ın ümidsiz milyonları

İdeyadan reallığa: Yeni nəsil startaplar parlaq gələcək vəd edir

Sabah bəzi yerlərdə yağış yağacaq, duman olacaq

Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlandı - SİYAHI

Bu xəstəxana direktorlarının ölkədən çıxışına "stop" qoyula bilər

Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb

"İdeyanı sat, investisiya cəlb et" - Azərbaycanda yeni platforma istifadəyə verildi

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

Məkkəyə viza olmadan giriş qadağan edildi

Bakıda yağış yağacaq

Nazir rəisi təqaüdə göndərdi - Yeni təyinat

Satılan "Kirayə mənzillər" yenidən satışa çıxarıldı - Bu dəfə daha baha qiymətə

Zaur Kərimov istefa verdi

Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?

Süni intellektlə iş müsahibəsinə hazırlaşdı, universitetdən qovuldu - İndi yaratdığı alətlə milyonlar qazanır

Keçmiş SSRİ və region ölkələrində maaşlar - Azərbaycan neçəncidir?

3 aya 108 maşın yanıb - Sürücülərə xəbərdarlıq

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir

Azərbaycanda yeni qanun hazırlandı

İnflyasiya proqnozu yeniləndi

Pekində Azərbaycan-Çin sənədləri imzalanıb

Şeyx Məhəmməd məscidi yenidən bərpa olunacaq

Şeyx Məhəmməd məscidi yenidən bərpa olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin