
11.04.2025 / 11:24
Məktəblilərimizin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq
68375
“Bu il Azərbaycandan olan məktəblilərin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Azərkosmos”un nəzdində Kosmik Akademiyanın rəhbəri İmran Muxtarov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, peyk “SpaceX” raketi vasitəsilə buraxılacaq: “Layihədə 41 məktəbdən 750 şagird iştirak edib. İlin sonunda “SpaceX” kosmik raketi ilə peykin kosmosa buraxılması, daha sonra onun idarə edilməsi məktəblilərə kosmos elmi sahəsində yeniliklərin araşdırılması baxımından böyük töhfə vermiş olacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay