BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9581
  • RUB
    2.0781
  • TRY
    0.0445
  • GBP
    2.2754
68345

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda məktəblərin publik hüquqi şəxsə çevrilməsi haqqında danışıb, bunun vacib olduğunu vurğulayıb. Bir neçə gün öncə nazir verdiyi açıqlamada bildirib ki, hazırda məktəblər Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərir:

"Məktəblərin publik hüquqi şəxsə çevrilməsi uzunmüddətli prosesdir. Ona görə də hazırda gördüyümüz sadəcə transformasiya olaraq bu prosesi həyata keçirməkdir. Növbəti mərhələdə bunu pilot qaydada həyata keçirəcəyik. Amma adambaşına maliyyələşdirmə də vacibdir ".

Məlumat üçün bildirək ki, məktəblərin publik hüquqi şəxsə çevrilməsi onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurumdan çıxaraq, müstəqil hüquqi şəxs statusu alması deməkdir. 

Bu prosesin əsası isə ötən ilin iyun ayında Nazirlər Kabinetinin qərarı ilə “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiqlənməsi ilə qoyulub. 

Nümunəvi Nizamnaməyə əsasən, ümumi təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi təhsil proqramlarını, habelə məktəbəhazırlığı həyata keçirən publik hüquqi şəxs hesab olunacaq.

Bəs publik hüquqi şəxs statusu nədir və hansı qurumlar ala bilər?

Valyuta.az xəbər verir ki, publik hüquqi şəxs termini Azərbaycan qanunvericiliyində dövlət və ya ictimai maraqlar üçün yaradılmış, lakin hüquqi şəxs statusuna malik olan təşkilatları ifadə edir.

Sadə dillə desək, publik hüquqi şəxs – dövlətə və ya cəmiyyətə xidmət göstərmək məqsədilə yaradılan, amma müstəqil qərarlar verə bilən bir qurumdur. O, həm dövlətin bir hissəsidir, həm də hüquqi baxımdan müəyyən muxtariyyətə malikdir.

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən isə publik hüquqi şəxsin rəsmi tərifi aşağıdakı kimidir:

Publik hüquqi şəxs – xüsusi hüquqi forma olmaqla, dövlət və ya bələdiyyə tərəfindən yaradılan və ya onların nəzarəti altında olan, cəmiyyətə xidmət göstərən, hüquq və vəzifələri olan təşkilatdır.

Hansı dövlət qurumları publik hüquqi şəxs ola bilər?

Təhsil Tələbə Krediti Fondu
Əmlak Məsələləri Dövlət Xidməti
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)
Azərbaycan İnvestisiya Holdinqi

Bunlar dövlətə məxsusdur, amma kommersiya təşkilatları kimi fəaliyyət göstərmirlər. Onların əsas məqsədi gəlir qazanmaq yox, ictimai fayda yaratmaqdır.

Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də mülki hüququn subyektlərindən biri olan hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var.

Publik hüquqi şəxs heç vaxt müflis ola bilməz.

Publik hüquqi şəxsə qarşı məhkəmə iddiaları adi mülki qaydada yox, inzibati icraat çərçivəsində mümkündür.

Publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, və yaxud zərurət olduqda dövlət büdcəsi hesabına maliyyələşə bilər.

Publik hüquqi şəxsin əməkdaşları dövlət qulluqçuları ola bilər. “ Publik hüquqi şəxslər haqqında” qanunun 6.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar.

Onun bağladığı müqavilələr mülki müqavilə yox, dövlət orqanlarının bağladıqları müqavilələr kimi inzibati müqavilə ola bilər. Onun üçün mülki hüququn hüquqi şəxsləri üçün mövcud olan məhdudiyyətlər yoxdur.

Publik hüquqi şəxsin bilavasitə təsisçisi dövlətdir.

Publik hüquqi şəxsin əmlakı Publik hüquqi şəxs haqqında Azərbaycan qanunvericiliyinə əsasən müəyyənləşdirilib:

Publik hüquqi şəxsin nizamnamə fondu təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır.

Publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər.

Publik hüquqi şəxsin əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir.

Publik hüquqi şəxslərə verilmiş müvafiq olaraq dövlət və bələdiyyə əmlakı onlar tərəfindən yalnız nizamnamədə müəyyən edilmiş məqsədlərə uyğun olaraq istifadə edilir.

Publik hüquqi şəxsin yenidən təşkili və ləğvi
 
Publik hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər, onun nizamnaməsi Mülki Məcəllə ilэ tənzimlənir.

Günay / Valyuta.Az / SƏHƏR OXUSU

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"International Leasing" 1 milyon borca girir - Təminat da verilmir

"DİM-in heç vaxt sabit kursu olmayıb, həmişə bunun bəlasını abituriyentlər çəkib" - AÇIQLAMA

Azərbaycan ötən il dövlət sifarişi ilə 127 milyon manatlıq ərzaq alıb

Aİ "Apple"ı 570, "Meta"nı 228 milyon avro cərimələdi

55 min dollar və 156 ədəd qızıl-zinət əşyası - “BTB BANK”dan OĞURLUQ

"Azərbaycan Dəmir Yolları"na əlavə maya qoyulub

Dünyanın ən yaxşı avtomobili - AÇIQLANDI

"BakuDent" klinikası cərimələndi

Sədr: “Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır

Nazirlikdən işdən çıxarılan rəis müavini ilə bağlı AÇIQLAMA

"MTK-lar at oynadırlar" - Deputat

Fərhad Adıgözəlov reklam idarəsinin rəisini dəyişdi

Fərhad Adıgözəlov reklam idarəsinin rəisini dəyişdi

Qızılı olanlar və almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda bank kartını oğurlayıb 300 manatlıq alış-veriş etdilər

Binalarda kombi sistemi ləğv olunsun! - Deputat

İstanbuldakı zəlzələ Azərbaycanda yeraltı təkanların aktivləşməsinə təsir edə bilər?

Peşə təhsili ilə uğurlu karyera mümkündür?

Naqif Həmzəyev: "Bəzi istilik sistemləri ciddi enerji sərfiyyatına gətirib çıxarır"

İstilik sayğacları pulsuz quraşdırılacaq

Türkiyə prezidentindən zəlzələ sonrası açıqlama

İstanbulda güclü zəlzələ oldu - YENİLƏNİB

Yeni binalarda istilik şəbəkəsi məcburi olacaq - Vahid sistem olacaq

Bu ərazilərdə söküntü olacaq - Kompensasiya şərtləri açıqlandı

“Melissa Group”un rəhbərinin həbs müddəti uzadıldı

Ali məktəb ixtisaslarının keçid balları açıqlandı

Ali məktəb ixtisaslarının keçid balları açıqlandı

Bakıda məşhur şadlıq evləri cərimələndi - SİYAHI

Alatavada qanunsuz söküntü ilə bağlı saxlanılan ekskavator sürücüsünün həbs müddəti uzadıldı

"JP Morgan"dan qızıl qiymətləri ilə bağlı böyük proqnoz

"Bitcoin" sürətli yüksəlir... - Mütəxəssislər yeni hədəf qiyməti açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin