BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1375
  • TRY
    0.0436
  • GBP
    2.3093
68294

2025-ci ildə dünyanın ən yaxşı hava limanları açıqlanıb.

Valyuta.az xəbər verir ki, "Skytrax" beynəlxalq reytinq təşkilatının qiymətləndirməsinə görə, Sinqapurun "Changi" hava limanı 2025-ci ildə dünyanın ən yaxşı hava limanı seçilib. Bu, "Changi"nin adıçəkilən mükafata 13-cü dəfə layiq görülməsidir. Eyni zamanda hava limanı yalnız tranzit nöqtəsi deyil, həm də sərnişinlər üçün əyləncə və istirahət mərkəzi kimi tanınır. Burada 10 mərtəbəli "Jewel" ticarət mərkəzi, dünyanın ən böyük qapalı şəlaləsi, tropik bağlar, kinoteatr, spa və hətta dinozavr parkı mövcuddur.

"Changi" bu il əlavə olaraq "Ən yaxşı hava limanı restoranları", "Ən təmiz sanitar qovşaqlar" və "Asiyanın ən yaxşı hava limanı" nominasiyalarında da qalib olub. Məlumata görə, hava limanında beşinci terminalın tikintisi və xidmətlərin genişləndirilməsi üçün yaxın altı ildə 2 milyard dollardan çox sərmayə ayrılması planlaşdırılır.

Siyahının ikinci pilləsində isə Dohadakı "Hamad" hava limanı qərarlaşıb. 2024-cü ildə 52,7 milyon sərnişinə xidmət göstərən bu liman "Yaxın Şərqin ən yaxşı hava limanı" və "Ən yaxşı hava limanı ticarəti" kimi mükafatlara da layiq görülüb. 

2025-ci il üçün "Skytrax" reytinqinə əsasən dünyanın ən yaxşı 20 hava limanı:

1. Sinqapur "Changi"

2. Qətər "Hamad"

3. Yaponiya "Tokyo Haneda"

4. Cənubi Koreya "Incheon"

5. Yaponiya "Narita"

6. Çin Xalq Respublikası "Hong Kong"

7. Fransa "Charles de Gaulle" (Paris)

8. İtaliya "Fiumicino" (Roma)

9. Almaniya "Munich"

10. İsveçrə "Zurich"

11. Birləşmiş Ərəb Əmirlikləri "Dubai"

12. Finlandiya "Helsinki-Vantaa"

13. Kanada "Vancouver"

14. Türkiyə "İstanbul"

15. Avstriya "Vyana"

16. Avstraliya "Melburn"

17. Yaponiya "Chubu Centrair"

18. Danimarka "Kopenhagen"

19. Niderland "Şiphol" (Amsterdam)

20. Bəhreyn "Bahrain"

Sərvanə Rəmixanova 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İki ölkə Rusiya neftinin "qiymət tavanını" endirmək istəyir, amma problem var

Metrologiya İnstitutunun tenderləri baş tutmadı

“Komfort Construction” şirkətinin 86 min manat vergi borcu üzə çıxdı

Yaponiya dünyanın ən böyük xarici aktiv sahibi olmaqdan çıxdı - 34 il sonra

Süni intellekt modellərini aldatmaq hələ də çox asandır - ARAŞDIRMA

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

​​Elmi-Tədqiqat Pediatriya İnstitutundan “Arash Medical”a 179 min manatlıq sifariş

"Xalq Həyat" hər 100 manata 83 manat ödədi – Digər şirkətlər nə qədər ödəyib?

“Bu qərarla lisey və gimnaziyalara olan marağı məhv etdik” – Təhsil eksperti

Bill Qeyts yay mövsümü üçün 5 kitab tövsiyə etdi

Kibertəhlükə yaxınınızda - Bu parolları telefonda istifadə etməyin

Məhkəmə Hüseyn Həsənov barədə qərar verdi

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

Yer kürəsinin nüvəsindəki qızıl və qiymətli metallar lavalara sızır

"OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Lisey və gimnaziyalara qəbul qaydaları niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA

Ölkəmizdə ən çox hansı rayonlar ziyarət edilir? - AÇIQLAMA

Əcnəbi şirkətin 175 min manat vergi borcu var

Naxçıvan xəstəxanasına yeni direktor təyin edildi

Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI

Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI

16 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Xaricdən maşın alanda aldanmamaq üçün bunlara diqqət edin

Fəaliyyəti dayandırılmış ABU-nun vergi borcu üzə çıxdı

Məhkəmə 8000 manat dələduzluq edəni həbs etmədi

Harvard Universitetinin qadağa qoyduğu əcnəbi tələbələri hansı ölkə qəbul edəcək?

Azərbaycanlı alim vəfat etdi - FOTO

"KFC" bu ölkələrə 2 milyard dollar sərmayə yatıracaq

Ali təhsil haqqında qanun layihəsi ötən çağırışdan hazırdır -DEPUTAT

Pub 3 milyon 200 min manatla satışa çıxarılıb - Hərrac tarixi açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin