BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
68250

Xırdalan şəhər “Jasmine Park” yaşayış kompleksinin sakinləri əmlak hüquqlarının təmin edilmədiyini deyirlər. 

Valyuta.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən vətəndaşların sözlərinə görə, illər öncə ödənişini edib aldıqları mənzilin çıxarışı hələ də verilməyib.

Sakinlər bu kompleksin tikintisinin 2020-ci ildə başladığını və həmin vaxt da buradan mənzil aldıqlarını əlavə ediblər: “Jasmine Park”dan mənzili alarkən inşaat işləri katlavan mərhələsində idi. Baxmayaraq ki, ortada nə bina, nə də mənzil var idi, biz Şərurlu İsfəndiyara inanıb sərmayə qoyduq və mənzil aldıq. O zaman satış meneceri bizi əmin etdi ki, binalar hazır olan kimi bütün kommunal xidmətlər və daşınmaz əmlakın dövlət reyesterindən çıxarış təmin ediləcək. 2022-ci ildə binalar tam hazır idi. Elə biz də həmin il yeni mənzilimizə köçdük. Baxmayaq ki, ev üçün 5 il əvvəl ödəniş etmişik, bizim hələ də əmlak hüququmuz təmin edilməyib. Mənzillərimizin çıxarış alması üçün müvafiq dövlət qurumuna müraciət edilmir ki, əmlakımız qeydiyyata alınsın”. 

Şikayətçilərin əllərində olan sənəd isə yalnız “Şərur MTK”dan mənzil almaq barədə müqavilə və maliyyə arayışıdır: “Bu vəziyyətlə bağlı “Şərur inşaat”ın məsul şəxslərinə müraciət etsək də, sualımız cavabsız qalır. Onlar “kupça”ların nə vaxt veriləcəyini demirlər. İsfəndiyar Axundov isə mövzu ilə bağlı sakinləri nə qəbul edir, nə də ki, şikayətlərini dinləyir. Köməkçisi vasitəsilə sakinlərə deyir ki, kompleks tam hazır olduqdan sonra çıxarışlar veriləcək. Bu kompleksin inşaatı, yuxarıda da qeyd etdiyimiz kimi 2020-ci ildə başlayıb. Deyilənə görə, ümumilikdə 12 bina tikintisi nəzərdə tutulub. 5 il ərzində 4 bina tikilib. Qalan 8 binanın isə nə zaman tikiləcəyi bəlli deyil. Hazırda cəmi üç əlavə binanın inşaat prosesi davam edir. 5 il ərzində 4 bina tikiblərsə, əlavə 8 binanın tikintisi üçün ən yaxşı halda 10 il tələb oluna bilər. Həmin vaxta qədər sakinlərin əmlak hüquqlarının pozulması davam edə bilməz. Çünki insanlar nağd şəkildə ödəniş edərək evlərinin çıxarışını almalıdırlar. Bu onların konstitusion hüquqlarıdır”. 

Belə bir vəziyyətdə sakinlər təbii olaraq aldıqları evlərə qeydiyyyata da düşə bilmirlər: “Bəzi sakinlər övladlarını məktəbə və ya uşaq bağçasına yazdırmaqdan ötrü polis idarəsində qeydiyyata düşürlər. “Jasmine Park”da evləri olduğu halda ora qeydiyyata düşə bilmirlər. Sənəd məsələsinin həll olunmaması şirkətin maraqlarına uyğundur. Çünki mənzillərini satmaq istədikdə məcburən şirkətə müraciət edirlər. Alqı-satqı müqaviləsinin dəyişdirilməsi şirkətdə həyata keçirilir. Müqavilənin dəyişdirilməsi üçün şirkət sakinlərdən qeyri-qanuni şəkildə 3000 manat vəsait tələb edir. Mənzilin çıxarışı olacağı təqdirdə, daha az dövlət rüsumu ödəməklə alqı-satqı ola bilərdi. Lakin şirkət çıxarışları verməməklə özü üçün əlavə qazanc yeri təmin edir. Belə ki, hər alqı-satqı prosesindən əlavə 3 min manat qazanır ki, bu da qanunsuzdur. Həmin 3 min manatın qeydiyyatı aparılmır və heç bir vergi prosesinə cəlb edilmir. 

İşin maraqlı tərəfi budur ki, “Şərur inşaat”ın inşa etdiyi binaların əksəriyyətində 10 illər keçməsinə baxmayaraq, çıxarışlar təqdim olunmayıb”.

İddialarla bağlı Şərur MTK ilə əlaqə saxladıq. Şirkətin Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova şikayətlər haqda bunları dedi: “Tikinti kompleksi 11 girişdən ibarətdir, 4 girişi hazırdır. Qalanlarının tikintisi isə davam etdirilir. Tikinti tam başa çatdıqdan sonra istismara veriləcək”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlon Mask "Grok" ilə "Telegram"ı gücləndirir: 300 milyon dollarlıq razılaşma

Sabahın hava proqnozu - 33 dərəcə isti

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?

Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək?

Hansı evlərin tikintisi üçün icazə tələb olunmur? - CAVAB

"Azərkosmos"un aprel ayında xidmət satdığı 5 ölkə - CƏDVƏL

"TikTok"da saxta proqram videoları: Süni intellektlə yayılır, məlumatları oğurlayır

"Xaçmaz Aqropark" ləğv olunur

Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Əzbərlənmiş cavablarla iş müsahibəsinə getmək qəbul şansını artırır? - EKSPERT

“Bank of Baku”nun İdarə Heyətinə təyinat olub

Bakıda kafe və restoranlarının gəlirləri 400 milyon manata çatdı

Məşhur istirahət mərkəzi fantastik qiymətə satışa çıxarıldı

Bu şəxslər işləmədən 6 ay maaş alacaqlar

Bu şəxslərin maaşı 1300 manatı ötdü - RƏSMİ

Kartında cəmi 36 manatı var idi, onu da oğurladılar

ARDNF “Lunate” şirkəti vasitəsilə “ADNOC” qaz boru kəmərləri infrastrukturuna investisiya yatırıb

"Tarqovı"dakı kofeşop satışa çıxarılıb - QİYMƏT

“Azər-Türk Bank”ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər

“Azər-Türk Bank”ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

Liseylərə imtahanlarla bağlı qadağa aradan qaldırıldı

ABŞ Çinli tələbələrin vizalarını ləğv edəcək

İlon Mask Donald Tramp administrasiyasını tərk edir

Avro dəyər itirir - Günün məzənnəsi

"Apple" bütün əməliyyat sistemlərinin adlarını dəyişəcək

"Bitcoin"in qiyməti düşərkən, "Ethereum" irəliləyir

Zənginlər bu 7 maliyyə səhvini etmirlər - SƏHƏR OXUSU

Çin bu ölkələrə viza rejimini ləğv etdi

Azərbaycana uşaqları 6 xəstəlikdən qoruyan 25 mln. manatlıq peyvənd gətiriləcək

Azərbaycana uşaqları 6 xəstəlikdən qoruyan 25 mln. manatlıq peyvənd gətiriləcək

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin