BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9581
  • RUB
    2.0781
  • TRY
    0.0445
  • GBP
    2.2754
68223

Hər gün inkişaf edən biznes sahəsi genişlənir, sektorlar artır. Məhz buna görə də investorlar bizneslə bağlı bir çox sektorları, biznes sahələrini diqqətdə saxlayır. Biznesdə önəmli və maraqlı sahələrdən biri də kitab satışıdır. Kitab satışı sahəsi görünən qədər sadə olmayan, həm bilik, həm də səbr tələb edən bir fəaliyyət növüdür. Bəs kitab mağazası açmaq üçün nələrə diqqət etmək lazımdır? Bakıda kitab mağazası açmaq üçün nə qədər maliyyə tələb olunur?

"Papillon" kitab evinin rəhbəri Tariyel Əliyev Valyuta.az-a bildirdi ki, kitab mağazası açan hər insanın bu sahədən anlayışı olmalıdır: “Kitab mağazası açmaq belədir ki, gərək məşğul olduğun sahədən anlayışın olsun. Yəni, kitab işini az-çox bilən, bu sahədə “bişmiş” bir adam mağaza aça bilər. Məsələn, kimsə eşidə bilər ki, bu sahədə gəlir, xeyir var. Yalnız bu fikirlə yola çıxanların bu işdə uğur qazanmağı çətindir".

Maliyyə məsələsindən danışan T.Əliyev bildirdi ki, kiçik bir kitab mağazası açmaq üçün 40-50 min manat pul lazım olur: "Çünki nəşriyyatlar müəyyən kitabları nisyə, müəyyən kitabları da nağd verirlər. Yaxud mağazaya yığılan rəflər, işçiyə veriləcək əmək haqqı, məkan üçün verdiyin vergi və.s daxildir. Yəni, sadalananlar üçün mütləq 50-60 min manat pulun olmalıdır".

"İş qurursansa, hər gün işin başında olmalısan, dayandırmaq olmaz” - deyə T.Əliyev əlavə edib.

Seçimlər arasında məkana önəm verin 

T.Əliyev bildirdi ki, yer seçimi olduqca önəmli məsələdir: “Yer məsələsinə gəldikdə isə düzgün satış, uğur üçün yer məsələsi də önəm daşıyır. Nə qədər mağazalar var ki, qısa müddətdə açılıb-bağlanıb. Çünki seçdikləri məkanlar əlverişli olmur, düzgün seçim etmirlər”. 

Kitab mağazası açmaq gəlirli biznesdirmi?

Kitab mağazasının gəlirli biznes olub-olmaması haqqında danışan Tariyel Əliyev bildirdi ki, əslində bu gün üçün gəlirli biznes sayılmaz: “Fikir vermisinizsə, kitab mağazalarında ancaq kitablar satılmır. Burada kitablardan başqa müxtəlif oyuncaqların, məktəbə aid ləvazimatların və.s satışı da həyata keçirilir. Yəni, kitab mağazalarını kitablar yox, əsas məktəbə aid kitablar, dəftərxana və oyuncaq satışı saxlayır. Təbii ki, kitab mağazalarını kitabların saxladığı dövrü görmək bir kitabçı kimi mənə də xoş olardı”.

Bu yolda maliyyə düşünməyin

T.Əliyev deyir ki, ilk bir neçə il gəliri düşünməyin: “Gəlir məsələsinə gəldikdə isə, bu işlə məşğul olan insan qoyduğu maliyyəni 3 il gözdən çıxarmalıdır. Məsələn, kitab mağazası üçün 50-60 min manat pul qoya bilər. Amma 3 il ərzində oradan pul götürə bilməz. Hətta ola bilər ki, 1-ci il ziyan olsun, 2-ci il məkanı tanıtsın, 3-cü ildən az-çox bəlkə də xeyir götürsün. Məhz buna görə də bu yolda maliyyəni düşünməyin”.

Kifayət qədər kitab mağazası var, lakin…

T.Əliyev deyir ki, Bakıda 70-ə yaxın kitab mağazası olsa da, doğru yanaşma ilə bazara daxil olub uğur qazanmaq mümkündür: “Bakıda kifayət qədər kitab mağazası olsa da, problemlər də var. Kitab sahəsində boşluq çoxdur. Hazırda çox sayda çap olunmağı gözləyən, çap olunmağa ehtiyacı olan kitablar olsa da, eyni kitabları 5-6 nəşriyyat çap edir. Bu boşluqlar həll olunmalıdır. Çünki boşluqları həll edərək bazara daxil olan bizneslər daha uğurlu ola bilər. Hər kəsin etdiyini təkrarlamaq, eyni kitabları nəşr etməklə bazarda çox da uğurlu olmaq ehtimalı yaranmır, amma bu sahədəki boşluqları öyrənib fərqli nələrsə etmək mümkün olacaqsa, daha uğurlu olmaq olar”. 

Sərvanə Rəmixanova 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Instagram" “CapCut”ı əvəz edəcək funksiyanı işə saldı

Xoş danışığa “Chatgpt” daha yaxşı cavab verir? - Süni intellekt mütəxəssisi ilə müsahibə

Azərbaycan neftinin qiyməti 70 dollara çatıb

“Intel” işçilərinin 20 %-dən çoxunu ixtisar edəcək

Gədəbəydə 300 minlik “asfalt təmiri”

Avro və rublun qiyməti düşüb - Günün məzənnəsi

"Bitcoin" 93 min dollar oldu - Kriptovalyuta bazarında son vəziyyət

Prezident İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub

İnternetdə profilinizi və pulunuzu qorumaq üçün 8 əsas tövsiyə - SƏHƏR OXUSU

Süni intellekt alimlərə arxeologiyanın ən böyük sirrlərindən birini həll etməyə kömək etdi

"Ulu Ticarət Qrupu" da borcular siyahısındadır

Rusiya bəzi ölkələrdən idxala 35 faiz rüsum tətbiq edib

Çinin imtina etdiyi "Boeing" təyyarələrini bu ölkə almaq istəyir

Agentlik Türkiyəli jurnalistlərə 444 min manatlıq səfər təşkil edəcək

Dünya gücləri kompüter çipləri uğrunda niyə mübarizə aparır?

USB-dən 1 milyon dəfə sürətli: Flaş yaddaşlarda sürət rekordu qırıldı

Evlərin qiymətləri dəyişə bilər - SƏBƏB

Evlərin qiymətləri dəyişə bilər - SƏBƏB

Qarabağ Universiteti müəllim vakansiyaları elan etdi

Afrikada turistlər tərəfindən kəşf edilməyi gözləyən 5 ən yaxşı ada (FOTO)

Azərbaycanda yüksək vəzifəyə yeni TƏYİNAT

DSX-nın yarım milyonluq tenderi ləğv edildi

Bu şirkətin 260 min manat vergi borcu üzə çıxdı

"Cərimələr yetərli deyil" - Ekspert

"Cərimələr yetərli deyil" - Ekspert

5 manatlıq şirkətin 500 mindən çox borcu var

Nazir ona yüksək vəzifə verdi

5 dəqiqəlik enerji ilə 800 kilometr yol - Yeni avtomobil batareyası təqdim olundu

Azərbaycan və Çin Xəzərlə bağlı birgə iqlim layihəsinə start verib

Sabah bu ərazilərdə qaz olmayacaq

Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb

Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin