
Sığorta ödənişlərinə görə TOP 5 şirkət - Kim daha çox ödəyib?
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri ümumilikdə 108 milyon 595 min manat sığorta ödənişi həyata keçiriblər.
Valyuta.az xəbər verir ki, bu dövrdə həm ən çox sığorta haqqı toplayan, həm də ən çox ödəniş edən şirkət “Paşa Həyat Sığorta” ASC olub. Şirkət yanvar-fevral aylarında 100 milyon 385 min manat sığorta haqqı toplayaraq, 60 milyon 998 min manat sığorta ödənişi reallaşdırıb.
Siyahının ikinci pilləsində qərarlaşan “Paşa Sığorta” ASC isə 95 milyon 153 min manat sığorta haqqı toplayıb və 18 milyon 972 min manat ödəniş həyata keçirib.
İlk üçlüyü tamamlayan “Atəşgah Həyat” Sığorta Şirkəti ASC isə 16 milyon 798 min manat toplayaraq, 6 milyon 479 min manat sığorta ödənişi edib.
Digər şirkətlərə gəlincə, “Atəşgah” Sığorta Şirkəti ASC 9 milyon 637 min manat yığım və 5 milyon 997 min manat ödəniş, “Qala Sığorta” ASC isə 19 milyon 229 min manat yığım və 3 milyon 517 min manat ödənişlə fərqlənib.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay