
08.04.2025 / 23:14
Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi
68181
ABŞ Prezidenti Donald Trampın açıqladığı yeni gömrük rüsumları və ticarət siyasəti dünyanın ən iri şirkətlərinin bazar dəyərlərində ciddi itkilərə səbəb olub.
Valyuta.az xəbər verir ki, 29 mart – 8 aprel 2025 tarixləri arasında baş verən bu dəyişikliklər xüsusilə texnologiya nəhənglərinə təsir edib. Belə ki, bu müddət ərzində bazar dəyərinə görə dünyanın ən böyük 10 şirkəti ümumilikdə 1,86 trilyon dollardan çox dəyər itirib.
Qeyd edək ki, ən böyük itkiyə "Apple" məruz qalıb. Şirkətin bazar dəyəri 3,27 trilyon dollardan 2,73 trilyon dollara enib ki, bu da 540 milyard dollar və ya 16,51% azalma deməkdir.
29 mart - 8 aprel aralığında şirkətlərin bazar dəyəri dəyişiklikləri
Sərvanə Rəmixanova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay