BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
68107

Azərbaycanda son illərdə bank sektorunda müsbət inkişaf tendensiyası müşahidə olunsa da, bu sektorla bağlı hələ də narazılıqlar qalmaqda davam edir. 

Xüsusi ilə əhali arasında ən çox narazılıq doğuran məsələlərdən biri istehlak kreditlərinə tətbiq edilən yüksək faiz dərəcələridir. 

Hazırda ölkəmizdə bu kreditlər üzrə faiz dərəcələri orta hesabla 15-25% arasında dəyişir.

İstehlak kreditlərinin məqsədi əhalinin qısa və orta müddətli ehtiyaclarını qarşılamaq, iqtisadi aktivliyi artırmaq və bazarda dövriyyəni canlandırmaq olsa da,  faiz dərəcələrinin çoxluğu vətəndaşlar üçün kreditlərin əlçatanlığını azaldır. Bu kreditləri həm riskli, həm də əlverişsiz edir. 

Bəs Azərbaycanda istehlak kreditlərinin faiz dərəcələri niyə yüksəkdir? Bu vəziyyət iqtisadiyyata necə təsir edir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirib ki, istehlak kreditlərinin faizinin kommersiya kreditlərindən yüksək olması normaldır. Bunun da müxtəlif səbəbləri var:

“Həm istehlak kreditlərinin idarə olunması ilə bağlı xərclər çoxdur. Rəqəmlər və müştəri sayı çox olduğundan onların idarə olunmasında daha çox resursdan istifadə olunur. Bu da xərclər artdıqca, kreditin faizlərinin artmasına səbəb olur.

İkinci səbəb isə risklərdir. Fiziki şəxslərlə bağlı istehlak kreditlərinin riski kommersiya kreditləri ilə müqayisədə daha yüksək hesab olunur. Bütün bunların hamısı, Mərkəzi Bankın tətbiq elədiyi istehlak kreditləri ilə bağlı ehtiyyat normalar və  digər faktorlar faizlərin yüksək olmasına gətirib çıxarır”. 

İstehlak kreditləinin faizlərinin yüksək olmasının iqtisadiyyata təsirləri haqqında da danışan ekspert bildirib ki, istehlak kreditləri rahat, əlçatanlığı asan olanda istehlakçını marağını artırır:

“Bu da iqtisadi aktivliyi, daha çox biznes subyektlərinin gəlir gətirmə və satış etməsini stimullaşdırır”. 

Dünya təcrübəsidən də danışan Cəfər İbrahimli əlavə edib ki, bütün ölkələrdə yerli mərkəzi banklar istehlak kreditlərinə nəzarət edirlər:

“Çünki onlar istehlak kreditlərinin həcminin ölkədəki ümumi kredit portfeli ilə müqayisədə sürətlə artması və çox olmasında maraqlı deyillər. Dünya təcrübəsində dəfələrlə də görünüb ki, iqtisadiyyatda böhran və böhrana bənzər risklər formalaşanda, bu ilk olaraq istehlak kreditlərinə daha çox təsir edir. Bu da sosial problemlərin yaranmasına gətirib çıxarır. Buna görə də, ölkələrin mərkəzi bankları bu kreditlərin aşırı yüklənməsində, əhalinin kredit yükünün çox olmasında maraqlı deyillər. Əgər iqtisadiyyat normaldırsa, böyümə tsikli, hərəkətlər, göstəricilər normaldırsa, istehlak krediti hesabına süni şəkildə iqtisdiyyatın daha da aktivliyini artrmaqda çox da maraqlı deyil. Bu mənada istehlak kreditinin həm müsbət, həm də mənfi tərəfləri var. Buna da normalar daxilində bütün dünyada nəzarət olunur”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Az İnşaat T” inzibati məsuliyyətə cəlb edildi – Məhkəmə işi geri qaytardı

Bu biznes ideyası yerli bazar üçün perspektivlidir

Dərslik istehsalı ilə bağlı 650 min manatlıq müqavilə

Milyarder izah edir: Uğurlu həyata aparan sadə vərdiş hansıdır?

Bu sahibkar 40 min cərimələndi

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Deputata məxsus olduğu deyilən şirkətə 885 min manatlıq sifariş

Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?

Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır

Robotlara istiliyi və təzyiqi hiss etmək öyrədildi

"İntento AB"nin borcu 1 milyona yaxınlaşdı

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Rahim Hüseynova yüksək VƏZİFƏ VERİLDİ

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)

"Şahdağ"ın direktoru işdən çıxarıldı - Yeni təyinat

BP-yə işə düzəldəcəyini dedi, 3 nəfərin pulunu mənimsədi

Müəllimlərə mane olan əlavə tapşırıqlar: "Dərs deyək, yoxsa sənəd hazırlayaq?"

Fransız dərman nəhəngi ABŞ şirkətini 9,1 milyarda alır

“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi®

"Yüksəliş"in qalibinə AZCON-da vəzifə verildi

3,6 milyon manat vergi borcu olan şirkət kimindir?

Moda dünyasının ən gənc dizayneri - 4 yaşında başlayan karyera yolu

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI

Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan açıqlama

"Facebook"dakı saxta yarışmaya 800 min nəfər necə qatıldı?

İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin