
01.04.2025 / 15:50
Rusiyada yoxsulluq artıb
67756
Rusiyada yoxsulluq və borc yükünün artımı qeydə alınıb.
Bu barədə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin (MTQPM) təhlilində bildirilib.
Qeyd olunub ki, Rusiya iqtisadiyyatındakı mənfi tendensiyalar uğurları üstələyir.
Təhlildə mənfi amillər sırasında əhalinin yoxsul təbəqəsinin daha da yoxsullaşması və borc yükünün artması əks olunub.
Vurğulanıb ki, aşağı gəlirli əhalinin istehlak səbətində (ilk növbədə ərzaq) inflyasiya əhəmiyyətli dərəcədə artıb.
"Müvafiq olaraq, yoxsul əhalinin faktiki rifah göstəricisi hələ bir il əvvəlki səviyyədən aşağıdır", - MTQPM-nin təhlilində bildirilib.
©Apa
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay