
Qrenlandiya partiyaları Trampın təzyiqi fonunda yeni hökuməti elan ediblər
Qrenlandiyanın "Demokratlar" partiyası və daha üç partiya bu gün yeni hökumət koalisiyası barədə razılığa gəldiklərini açıqlayıb.
Valyuta.Az "Reuters"ə istinadla xəbər verir ki, bu bəyanat ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Arktika adasına səfərindən bir neçə saat əvvəl verilib.
Qeyd edək ki, Prezident Donald Tramp daha əvvəl bu əraziyə sahib olmaq istədiyini dilə gətirib.
Yeni hökumətə "Demokratlar" partiyasının sədri Yens-Frederik Nilsen rəhbərlik edəcək. O, partiyaları fikir ayrılıqlarını bir kənara qoyaraq geniş koalisiya qurmağa çağırmış və bunun Trampın yarı-muxtar Danimarka ərazisini ilhaq etmək kampaniyası fonunda birlik nümayiş etdirmək üçün vacib olduğunu vurğulamışdı.
Qrenlandiyanın qismən müstəqilliyini dəstəkləyən və biznes yönümlü "Demokratlar" partiyası martın 11-də keçirilən ümumi seçkilərdə yerlərini üç dəfə artıraraq 10 mandatla ən böyük partiya olub.
Siyasi spektrin əksər hissəsini əhatə edən yeni koalisiya parlamentdəki 31 yerdən 23-nü təmsil edir. Seçkilərdə yerlərinin sayını ikiqat artıraraq səkkizə çatdıran və qəti müstəqillik tərəfdarı olan "Naleraq" partiyası isə koalisiyaya daxil olmayacaq.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay