
"iPhone" istifadəçiləri üçün "WhatsApp"da yeni funksiya
iOS 18.2 yeniləməsi ilə "iPhone" istifadəçiləri, telefonlarında istifadə olunan zəng və mesajlaşma tətbiqlərini dəyişdirmə imkanı qazandılar.
Valyuta.az xəbər verir ki, bu yeniləmə ilə artıq "WhatsApp", "iPhone"un əsas telefon və mesajlaşma tətbiqi olaraq təyin oluna bilər.
"WhatsApp"ın ən son versiyası (v25.8.74), bu xüsusiyyəti dəstəkləyərək istifadəçilərin öz tələblərinə uyğun olaraq iOS-un daxili Telefon və Mesajlar tətbiqlərinin yerinə keçməsinə imkan verir. Artıq bir telefon nömrəsinə toxunduqda və ya istifadəçi telefonunda saxlanılan bir əlaqə məlumatına mesaj göndərmək istədikdə avtomatik olaraq "WhatsApp" açılır. Bu, xüsusilə "WhatsApp"ı intensiv istifadə edənlər üçün daha praktik bir təcrübə təqdim edir.
Bu xüsusiyyətdən istifadə etmək üçün "iPhone" sahiblərinin Ayarlar - Tətbiqlər - Varsayılan Tətbiqlər bölməsinə daxil olaraq, Mesajlaşma və Zəng seçimlərindən "WhatsApp"ı seçmələri kifayətdir. Yeniləmə edən istifadəçilər, artıq əlaqə siyahılarından birinə mesaj göndərərkən və ya bir telefon nömrəsinə toxunduqda birbaşa "WhatsApp"ın açıldığını görəcəklər.
Son olaraq, "App Store" vasitəsilə "WhatsApp"ı yeniləyərək bu xüsusiyyətdən faydalana bilərsiniz.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay