
Məşhur film şirkəti iflasa uğradı
Hollivudun məşhur film şirkəti iflasa uğrayıb.
Valyuta.az xəbər verir ki, sözü gedən film şirkəti “Village Roadshow Entertainment Group"dur. Bu barədə "Wall Street Journal" məlumat yayıb.
100-dən çox məşhur filmləri ekranlara gətirən "Village Roadshow Entertainment Group"un hal-hazırda 390 milyon dollar borcu var.
Xatırladaq ki, 1997-ci ildən bəri ümumi gəliri on milyardlarla dollar təşkil edən filmlərin ərsəyə gəlməsində böyük rolu olan film şirkəti "Matrix", "Ocean’s Eleven" və "Joker" və.s kimi filmləri ekran üzünə çıxarıb.
Lakin şirkətin "Warner Bros"ilə rəqabəti və eyni zamanda maliyyə çətinlikləri ilə üzləşməsi iflasını yaxınlaşdırıb. Qeyd edək ki, şirkət film kataloqunu iflas prosesinin bir hissəsi kimi “Content Partners"a satacağını elan edib. Satış qiyməti isə 65 milyon dollar təyin olunub.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay