
"Meta"dan nostalji yaradan addım - "Facebook"un bu özəllikləri geri dönür
"Meta" şirkəti “Facebook” platformasını ilkin funksiyalarına qaytarmaq məqsədilə “Yalnız dostlar” adlı yeni bölməni istifadəyə təqdim edib.
Valyuta.az xəbər verir ki, bu bölmə istifadəçilərdə nostalji hissi yaradacaq, onlar yalnız dostlarının paylaşımlarını görə biləcəklər.
“Meta”nın məlumatına görə, yeni “Yalnız dostlar” bölməsi yalnız dostlardan gələn paylaşımları əks etdirəcək və istifadəçilərə daha şəxsi, daha təmiz bir istifadə təcrübəsi təqdim edəcək.
“Facebook”un əvvəllər necə olduğunu xatırlayan istifadəçilər bilir ki, həmin dövrlərdə platformada səhifələr, reklamlar və qruplar bu qədər çox deyildi. O zamanlar istifadəçilər əsasən dostlarının paylaşımlarını izləyirdilər. Yeni bölmə də məhz bu ənənəni geri qaytarmağı hədəfləyir.
“Meta”nın rəsmi bloqunda yayımlanan açıqlamaya əsasən, bu addımın atılmasında əsas məqsəd “Facebook”un öz orijinal konseptinə qayıtmasını təmin etməkdir. Şirkət bir müddətdir ki, platformanın öz mahiyyətindən uzaqlaşdığını düşünür. Hətta “Meta”nın rəhbəri Mark Zukerberq ötən il verdiyi açıqlamada “Facebook”u orijinal formasına qaytarmaq üçün işlər aparacaqlarını bəyan etmişdi. Sözügedən yeni funksiya da məhz bu planın tərkib hissəsidir.
Yeni “Yalnız dostlar” bölməsi ilkin mərhələdə ABŞ və Kanada istifadəçiləri üçün aktiv olacaq. Növbəti mərhələdə isə funksiyanın bütün dünya üzrə istifadəçilərə təqdim olunması planlaşdırılır.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay