BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
67634

"Instagram" istifadəçiləri artıq ekranın sağ və ya sol tərəfində uzun basaraq videoları 2 dəfə sürətləndirə biləcəklər.

Valyuta.az xəbər verir ki, "TikTok"dan ilhamlanan bu yeni xüsusiyyətlə, Reels videolarını sürətləndirmək imkanı təqdim olunur.

Beləliklə, istifadəçilər artıq ekranın sağ və ya sol tərəfinə uzun basaraq videoları 2 dəfə sürətləndirə biləcəklər. Bu xüsusiyyət, izləyicilərin uzun videoları daha sürətli izləməsinə imkan yaradacaq.

"Meta" şirkətinin tərkibində olan "Instagram, Reels-i ilk dəfə təqdim edəndə videolar yalnız 15 saniyə ilə məhdudlaşırdı. Lakin "TikTok" ilə rəqabət apara bilmək üçün zamanla bu müddəti uzatdı və hazırda 3 dəqiqəyə qədər videolar paylaşıla bilir. Qısa video formatının əsas məqsədi sürətli və əyləncəli məzmun təqdim edərək izləyicini ekrana bağlamaq idi. Lakin müddətlərin uzanması ilə istifadəçilər məzmunun bəzi hissələrini atlaya və ya sürətləndirə bilmək istədilər. "TikTok" bu tələbi erkən dərk edərək video sürətləndirmə xüsusiyyətini işə saldı. "Instagram"da oxşar bir addımla istifadəçi təcrübəsini yaxşılaşdırmağı hədəfləyir.

Son illərdə qısa video formatının yayılması ilə izləyicilərin uzun məzmuna olan marağı azalmağa başladı. "Instagram"ın təqdim etdiyi sürətləndirmə seçimi, xüsusilə uzun Reels videolarının sona qədər izlənmə faizlərini artıra bilər. Lakin bəzi məzmun istehsalçıları, bu vəziyyətin izləyicinin diqqət müddətini daha da qısaltmasından narahatdırlar.

"Instagram" eyni zamanda video redaktə imkanlarını genişləndirmək üçün müstəqil bir tətbiq üzərində də çalışır. "TikTok"un məşhur redaktə aləti "CapCut"a rəqib olacaq "Edits" adlı tətbiqin bu ay istifadəyə veriləcəyi gözlənilirdi. Lakin "Meta" tətbiqin çıxışını bir daha təxirə saldı.

"Instagram"ın 2x sürətləndirmə xüsusiyyəti mərhələli şəkildə bütün istifadəçilərə təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hakerlərin yeni silahı: pulsuz fayl çeviricilər!

"Olmazsa olmaz"la "olsa yaxşı olar"ı ayırmaq - Sahibkarlardan məsləhətlər

İcbari sığorta üzrə ödənişlər 22,7% artıb

Turistlər Azərbaycana ən çox bu məqsədlərlə gəlir - SİYAHI

"Apple"ın növbəti çipli məhsulu bəlli oldu - Özəllikləri

"CapCut"ın süni intellekt dəstəkli platforması "Dreamina" - Özəllikləri

"Apple" yenidən dünyanın ən böyük şirkəti oldu

"Apple" yenidən dünyanın ən böyük şirkəti oldu

67 və 64 yaşlı sabiq vəzifəli şəxslər elektron qolbağda gəzəcək: Özlərini mükafatlandırıblar

İşdə səmərəli vaxt keçirməyin 7 yolu

Aprel ayında Bakıda hava 30 dərəcəyədək isti olacaq

"Apple"dan yeni addım - Şəxsi həkiminiz yanınızdan ayrılmayacaq

Süfrəmizdən əskik olmayan bu məhsulun idxalı azalıb

Şərurlu İsfəndiyar: "Mən oturmuşam, pullar da gəlir" (VİDEO)

Qarğıdalı idxalı kəskin artdı

Mütəxəssislər xəbərdarlıq edir: ChatGPT ilə bu 5 məlumatı paylaşmaq təhlükəlidir

Sabah hava necə olacaq?

Rəqəmsal bacarıqlara uyğunlaşmaq üçün hər kəs nələri öyrənməlidir?

Qızılın qiyməti rekord həddə çatdı

"Apple" şirkəti və İlon Mask arasında qarşıdurma

"Ethereum" dəyər itirir: Analitik ehtimal olunan qiymət səviyyəsini açıqladı

"Bitcoin" və digər kriptovalyutalar ucuzlaşır - Son qiymətlər

Nəticəyönümlü komanda üçün müdir-işçi harmoniyası - SƏHƏR OXUSU

31 Mart soyqırımından 107 il ötür

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

Son 1 ildə ən çox bahalaşan qida məhsulları

Diqqətin yayınmasında əsas səbəb telefon deyil - Araşdırma

Banklara ən çox borcu olan rayonlar - Cədvəl

2 aya 2.7 mln. manatlıq dərman istehsal olunub

Külək elektrik stansiyalarının istehsalı 60 %-dən çox azalıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin