
"Tesla" qiymətləri qaldırır
“Tesla” şirkətinin yeni avtomobillərinin qiyməti artacaq.
Valyuta.az xəbər verir ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın digər ölkələrə qarşı qoyduğu ticarət məhdudiyyətləridir.
“Tesla” şirkətinin sahibi İlon Mask da bu barədə “X” hesabında məlumat paylaşıb.
Paylaşımında bildirib ki, “Tesla” şirkəti bu məsələdə zərərlə qarşılaşıb və rüsumların şirkətə əhəmiyyətli təsirinin olduğunu vurğulayıb.
İlon Mask eyni zamanda bildirib ki, rüsum məhdudiyyətləri başqa ölkələrdən gətirilən “Tesla” avtomobillərinin ehtiyat hissələrinə də təsirsiz ötüşməyəcək, qiymətlər öz sözünü deyəcək.
Vurğulamaq lazımdır ki, ABŞ Prezidenti Donald Tramp martın 26-da ölkə xaricində istehsal olunan avtomobillərə idxal rüsumu tətbiq edəcəyini bildirmişdi. Qeyd edək ki, idxal rüsumu 25% təyin olunub.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay