
Banklara ən çox əmanət yerləşdirilən regionlar
2025-ci ilin yanvar ayına olan məlumatlara əsasən, ölkə üzrə banklara yerləşdirilən ümumi əmanətlərin həcmi 14 milyard 698 mln. manat təşkil edib.
Valyuta.Az xəbər verir ki, ümumi əmanətlərin 9 mlrd. 781 mln. 88 min manatı milli valyutada, 4 mlrd. 917 mln. 567 min manatı isə sərbəst dönərli valyutada (SDV) saxlanılır.
Əmanətlərin böyük hissəsi Bakı iqtisadi rayonunun payına düşür.
Belə ki, 31 yanvar tarixinə olan məlumata əsasən, Bakı iqtisadi rayonu, Abşeron-Xızı iqtisadi rayonu və Gəncə-Daşkəsən iqtisadi rayonu banklara ən çox əmanət yerləşdirən rayonlardı.
Bu ərazilərdə müvafiq olaraq banklara 12 mlrd. 977 mln. manat, 520,788 mln. manat və 235,177 mln. manat əmanət yerləşdirib.
Digər rayonlarla aşağıdakı siyahıdan tanış ola bilərsiniz:
№ | İqtisadi rayonun adı | Cəmi əmanət (min manat) |
1 | Bakı iqtisadi rayonu | 12,977,758 |
2 | Abşeron-Xızı iqtisadi rayonu | 520,788 |
3 | Gəncə-Daşkəsən iqtisadi rayonu | 235,177 |
4 | Quba-Xaçmaz iqtisadi rayonu | 138,748 |
5 | Lənkəran-Astara iqtisadi rayonu | 131,786 |
6 | Mərkəzi Aran iqtisadi rayonu | 123,277 |
7 | Şəki-Zaqatala iqtisadi rayonu | 122,496 |
8 | Qazax-Tovuz iqtisadi rayonu | 110,475 |
9 | Qarabağ iqtisadi rayonu | 91,826 |
10 | Naxçıvan iqtisadi rayonu | 74,278 |
11 | Şirvan-Salyan iqtisadi rayonu | 71,004 |
12 | Mil-Muğan iqtisadi rayonu | 52,310 |
13 | Dağlıq Şirvan iqtisadi rayonu | 43,713 |
14 | Şərqi Zəngəzur iqtisadi rayonu | 503 |
Ən çox SDV-də əmanət yerləşdirən rayonların siyahısına da 4 mlrd. 721 mln. 498 min manatla Bakı iqtisadi rayonu başçılıq edir.
Növbəti sırada:
№ | İqtisadi rayonun adı | SDV-də əmanət (min manat) |
1 | Bakı iqtisadi rayonu | 4,721,498 |
2 | Abşeron-Xızı iqtisadi rayonu | 93,726 |
3 | Gəncə-Daşkəsən iqtisadi rayonu | 26,923 |
4 | Şəki-Zaqatala iqtisadi rayonu | 15,077 |
5 | Quba-Xaçmaz iqtisadi rayonu | 11,593 |
Qeyd edək ki, əmanətlərin əksəriyyəti müddətli əmanətlərdir. Ən çox müddətli əmanət Bakı iqtisadi rayonunda, ən az əmanət isə Şərqi Zəngəzur iqtisadi rayonunda olub. Qeydə alınan əmanətlər müvafiq olaraq 7 milyard 746 mln. manat və 503 min manat olub.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay