
Tripadvisor üzərindən sifariş alan turizm biznesi satışda - Qiymət 7 min manatdan başlayır
2017-ci ildən bəri fəaliyyət göstərən "Jintravel" turizm biznesi satışa çıxarılıb. Şirkət yalnız incoming turizm sahəsində – xaricdən Azərbaycana turistlərin gətirilməsi istiqamətində fəaliyyət göstərib.
Valyuta.az xəbər verir ki, şirkətin domeni və tanınmış platformalarda mövcudluğu alıcı üçün üstünlük hesab olunur.
Biznesin sahibi Cavid Kərimov sosial şəbəkə paylaşımında qeyd edib ki, "Tripadvisor" platforması vasitəsilə ildə 1-2 dəfə 7 günlük tur sifarişləri daxil olur və hər sifarişdən təxminən 1000 manat gəlir əldə etmək mümkündür. Hazırda yeni şirkətlər "Tripadvisor"da qeydiyyatdan keçə bilmədiyi üçün bu imkandan yalnız mövcud hesabı olan şirkətlər yararlana bilər.
Biznes iki variantda satışa çıxarılıb:
Yalnız jintravel.com domeni – 7000 manat
Vebsayt və domen birlikdə – 15000 manat
Qeyd olunur ki, MMC kimi fəaliyyət artıq dayandırılıb və satış baş tutacağı halda, müvafiq hüquqlar alan şəxsin adına keçiriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay