Dubayda "Burj Xəlifə"nin zirvəsində 51 milyon dollarlıq satış

Redaktor

26.03.2025 11:10
367

Dubayda "Burj Xəlifə"nin zirvəsində 51 milyon dollarlıq satış

Dubayın simvoluna çevrilmiş "Burj Xəlifə" qülləsinin iki ən yüksək yaşayış mərtəbəsində yerləşən və 21 min kvadrat fut sahəyə malik dəbdəbəli "penthaus" satışa çıxarılıb. 

Valyuta.az xəbər verir ki, "Sky Palace" adlanan bu dupleks mənzil 51 milyon dollar qiyməti ilə "IDRE" şirkətindən Əsəd Xan tərəfindən təqdim olunur.

Dünyanın ən hündür binasında yerləşməsi sayəsində bu mənzil dünyanın ən yüksək yaşayış məkanlarından biri hesab olunur. Buradan Dubayın "Business Bay" bölgəsinə, Ərəb körfəzinə və səhraya qədər uzanan panoramik, maneəsiz görüntü açılır.

Layihə çərçivəsində kino zalı və iki mərtəbəli uşaq otağı kimi ideyalar da təklif edilir. Əlavə olaraq, 12 şəxsi parkinq yeri və binadakı yeganə özəl liftlə giriş imkanı da təqdim olunur. Sakinlər üçün fitnes mərkəzi, üzgüçülük hovuzları, şəxsi istirahət zonası, tennis meydançaları, restoranlar və 24 saat konsyerj xidməti kimi geniş imkanlar mövcuddur.

Bu mənzil uzun müddət boş qaldıqdan sonra 2022-ci ildə sahibkar Karl Haddad və onun tərəfdaşı tərəfindən əldə olunub. Haddad hesab edir ki, bu nadir əmlak üçün artıq doğru satış zamanıdır. Onun fikrincə, bu bina və təqdim etdiyi yaşayış təcrübəsi dünyada analoqu olmayan unikallığa malikdir.

Qeyd edək ki, "Sky Palace" ən yüksək mərtəbədə yerləşən "penthaus" olsa da, dünyanın ən bahalı penthausu statusu hələ də Londonda yerləşən və Nik Kendi adlı iş adamına məxsus 220 milyon dollarlıq mənzilə aiddir.

Sərvanə Rəmixanova

Dubayda "Burj Xəlifə"nin zirvəsində 51 milyon dollarlıq satış

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dubayda dünyanın ən hündür hoteli fəaliyyətə başladı - QİYMƏT

16.11.2025

Dərman istehsalında 53% artım

16.11.2025

Siqaret istehsalında 5%-dən çox artım

16.11.2025

Kərə yağının istehsalında 10%-dən çox azalma

16.11.2025

Əfqan Baxışov: "Heydər Əliyev Aeroportunda "ağıllı hava limanı" qurmaq planlaşdırılır"

16.11.2025

Azərbaycan son 5 ildə ÜDM istehsalından nə qədər qazanıb?

16.11.2025

Təhsildə hansı yeniliklərə ehtiyac var? - Ekspertlər izah edirlər

16.11.2025

Prezident: Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir

16.11.2025

Vaşinqton razılaşmaları regionun tranzit imkanlarını genişləndirəcək

16.11.2025

İlham Əliyev: "Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır"

16.11.2025

Məşhur maliyyə yazarının milyarddan çox borcu var

16.11.2025

"Bitcoin" niyə ucuzlaşır və kriptovalyuta bazarını nə gözləyir?

16.11.2025

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında iştirak edir

16.11.2025

Tramp 82 milyon dollar dəyərində istiqraz alıb, investisiyaların siyahısı açıqlanıb

16.11.2025

40 yaşdan sonra zirvəyə yüksələn sahibkarların hekayəsi

16.11.2025

Gələn il Azərbaycanda notbukların qiyməti artacaq?

16.11.2025

Dünyanın 11 lüks şokolad brendi - SƏHƏR OXUSU

16.11.2025

Varlıların ilk işi nə olub? - Kiçik qazancdan milyardlara gedən yol

15.11.2025

Azərbaycanda noutbuk istehsalı 15 dəfə artıb

15.11.2025

Balıq bazarında canlanma: Ən çox alınan növlər

15.11.2025

Məzənnə

Yüklənir...