Redaktor
Dubayda "Burj Xəlifə"nin zirvəsində 51 milyon dollarlıq satış
Dubayın simvoluna çevrilmiş "Burj Xəlifə" qülləsinin iki ən yüksək yaşayış mərtəbəsində yerləşən və 21 min kvadrat fut sahəyə malik dəbdəbəli "penthaus" satışa çıxarılıb.
Valyuta.az xəbər verir ki, "Sky Palace" adlanan bu dupleks mənzil 51 milyon dollar qiyməti ilə "IDRE" şirkətindən Əsəd Xan tərəfindən təqdim olunur.
Dünyanın ən hündür binasında yerləşməsi sayəsində bu mənzil dünyanın ən yüksək yaşayış məkanlarından biri hesab olunur. Buradan Dubayın "Business Bay" bölgəsinə, Ərəb körfəzinə və səhraya qədər uzanan panoramik, maneəsiz görüntü açılır.
Layihə çərçivəsində kino zalı və iki mərtəbəli uşaq otağı kimi ideyalar da təklif edilir. Əlavə olaraq, 12 şəxsi parkinq yeri və binadakı yeganə özəl liftlə giriş imkanı da təqdim olunur. Sakinlər üçün fitnes mərkəzi, üzgüçülük hovuzları, şəxsi istirahət zonası, tennis meydançaları, restoranlar və 24 saat konsyerj xidməti kimi geniş imkanlar mövcuddur.
Bu mənzil uzun müddət boş qaldıqdan sonra 2022-ci ildə sahibkar Karl Haddad və onun tərəfdaşı tərəfindən əldə olunub. Haddad hesab edir ki, bu nadir əmlak üçün artıq doğru satış zamanıdır. Onun fikrincə, bu bina və təqdim etdiyi yaşayış təcrübəsi dünyada analoqu olmayan unikallığa malikdir.
Qeyd edək ki, "Sky Palace" ən yüksək mərtəbədə yerləşən "penthaus" olsa da, dünyanın ən bahalı penthausu statusu hələ də Londonda yerləşən və Nik Kendi adlı iş adamına məxsus 220 milyon dollarlıq mənzilə aiddir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
07.12.2025Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025