
25.03.2025 / 14:40
“AzerGold”un “dəmir biznesinin” kapitalı yenidən artırılır
67533
“AzerGold” QSC-nin törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.
"Valyuta.az"ın əldə etdiyi məlumata əsasən, dövlət müəssisəsinin nizamnamə kapitalı 51 250 manat artırılıb. Bu kapital artımından sonra “Daşkəsən Dəmir Filiz”in nizamnamə kapitalı 214 303 975 manatdan 214 355 225 manata qədər yüksəlib.
Qeyd edək ki, "Daşkəsən Dəmir Filiz" 2020-ci ilin dekabr ayında ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkil edilməsi məqsədilə yaradılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay