BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
67483

2024-cü ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana göndərilən pul vəsaitlərinin həcmi 496 mln. 753 min dollar (təxminən 844 mln. 480 min manat) təşkil edib.

Valyuta.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu 2023-cü illə müqayisədə təxminən 52.56 % daha azdır. 

Məlumata əsasən, 2023-cü ildə Rusiyadan fiziki şəxslər tərəfindən Azərbaycana 1 mlrd. 47 mln. 523 min dollar (1 mlrd. 781 mln. 789.10 min manat) pul köçürülüb. Bu isə 937 mln. 309 min manat daha çoxdu.

Öz növbəsində Azərbaycandan Rusiyaya fiziki şəxslər tərəfindən göndərilən pul vəsaitlərində də mln.luq azalma baş verib. 

Belə ki, 2023-cü ildə fiziki şəxslər tərəfindən Rusiyaya 74 mln. 184 min dollar (təxminən 126 mln. 112 min 800 manat) köçürüldüyü halda, 2024-cü ildə bu rəqəm 16 mln. dollardan (27 mln. 200 min manat) çox azalaraq 57 mln. 988 min dollara (98 mln. 579 min 600 manat) düşüb.

İnvestisiya

Xatırladaq ki, 2024-cü ildə Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa investisiyaların həcmində təxminən 62.1% azalma baş verib. 

Belə ki, 2023-cü ildə bu göstərici 617 mln. 339 min dollar (1 mlrd. 49 mln. 476 min manat) idisə, 2024-cü ildə bu rəqəm 234 mln. 312 min dollara (398 mln. 330 min manat) düşüb.

Ötən il həmçinin Azərbaycandan Rusiyaya yönləndirilmiş birbaşa xarici investisiyalarda da təxminən 79.8% azalma qeydə alınıb.

Əgər 2023-cü ildə Azərbaycandan Rusiya iqtisadiyyatına 91 mln. 954 min dollar (156 mln. 322 min manat) birbaşa investisiya yatırılıbsa, 2024-cü ildə bu rəqəm 18 mln. 559 min dollara (31 mln. 550 min manat) düşüb.

Bu da 73 mln. 395 min dollar (124 mln. 773 min manat) daha azdır.

Ticarət əlaqələri

Bundan əlavə, 2024-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 4 milyard 799 milyon 819.67 min dollar (8 milyard 159 milyon 693.44 min manat) təşkil edib.

Bununla da Rusiya, ticarət dövriyyəmizdəki ölkələrin siyahısında III yerdə qərarlaşıb.

Ən çox məhsul idxal etdiyimiz ölkələrin siyahısında Rusiya II, ən çox ixrac həyata keçirdiyimiz ölkələrin siyahısında isə III yeri tutub.

Belə ki, ötən il Azərbaycan Rusiyaya 1 milyard 178 milyon 347.44 min dollar (2 milyard 3 milyon 191.65 min manat) həcmində ixrac həyata keçirib. Rusiyadan idxal olunan məhsulların ümumi məbləği isə 3 milyard 621 milyon 472.23 min dollar (6 milyard 156 milyon 502.79 min manat) olub.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Samuxda zəlzələ olub

Azərbaycanlı tələbə ABŞ-da birinci oldu - FOTO

Bakıda 10 min manatlıq “təqaüd dələduzluğu”

Azərbaycan və Gürcüstan arasında investisiya axını: Artan sərmayələr, azalan yatırımlar

ABŞ "Green Card" müraciətlərini dayandırdı

Bayramdan sonra ilk dərs gününün tarixi açıqlandı

Azərbaycanın Yaponiyaya sərmayələri 9 dəfəyə yaxın artıb

Niyə çox vacib işlərimiz olanda, əhəmiyyətsiz işlərə maraq göstəririk?

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində yeni təyinat olub

Rusiya aviaşirkəti Bakıya uçuşları bərpa edir

Qarabağ Regional Təhsil İdarəsinə sektor müdiri təyin olundu

Qarabağ Regional Təhsil İdarəsinə sektor müdiri təyin olundu

Sabah 20 dərəcə isti olacaq

Atatürk prospekti bağlandı

"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edildi

İnternetin sürətini zəiflətdən amillər hansılardır?

Dörd günlük iş həftəsi: Bütün dünyada necə dəyişir?

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - TOP 5

Neftimizin qiyməti 75 dollara düşüb

Dubayda "Burj Xəlifə"nin zirvəsində 51 milyon dollarlıq satış

Dubayda "Burj Xəlifə"nin zirvəsində 51 milyon dollarlıq satış

İlkin Şıxqəmzəyev vəzifəsindən azad edildi

Zavoddan 8 "Chevrolet Corvette" oğurlandı - Fərqində olmadılar

Süni intellektin əvəzləyə bilməyəcəyi 3 peşə - Bill Qeyts açıqladı

Universitetlərlə bağlı YENİLİK - Şirkətlərin sifarişi ilə kadr hazırlanacaq?

Kartımıza səhvən çox köçürülən maaşı geri qaytarmalıyıq? - Qanunun şərhi

“Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”

"Bitcoin" və digər kriptovalyutalarda artım - QİYMƏTLƏR

İşdə stress atmağın 5 yolu - SƏHƏR OXUSU

İşdə stress atmağın 5 yolu - SƏHƏR OXUSU

Geyim istehsalında 40%-ə yaxın azalma baş verib

"BYD" 100 mlrd. dollardan çox satışla "Tesla"nı geridə qoydu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin