
22.03.2025 / 21:40
Azərbaycan mebel idxalını artırıb
67465
Bu ilin yanvar-fevral aylarında xarici ölkələrdən 21 milyon 117 min ABŞ dolları dəyərində mebel və onun hissələri gətirilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 851 min ABŞ dolları və ya 9,6% artım deməkdir. Ötən ilin eyni dövründə isə bu məbləğ 19 milyon 266 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu dövrdə idxal olunan mebel və onun hissələri ümumi idxalın 0,51%-ni təşkil edib. Ötən il isə ümumi idxal üzrə göstəricisi 0,79% olub. Nəticə olaraq mebel və onun hissələrinin idxalı üzrə göstəricilər artsda, ümumi idxal payı 0,28% azalıb.
Sərvanə Rəmixanova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay