BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
67463

"Apple" şirkəti "Apple Intelligence" xüsusiyyətlərinə görə yalançı reklam ittihamı ilə məhkəməyə verilib.

Valyuta.az xəbər verir ki, ABŞ-da bir qrup istehlakçı "Apple" şirkətini "Apple Intelligence" funksiyalarını aldadıcı reklamla təbliğ etməkdə ittiham edərək məhkəməyə müraciət edib. Şikayətçilərin sözlərinə görə, şirkət yay aylarında internet və televiziya vasitəsilə geniş reklam kampaniyaları apararaq bu funksiyaların dərhal əlçatan olacağı təəssüratını yaradıb. Lakin funksiyaların gecikməsi alıcılarda narazılıq doğurub.

"Apple Intelligence" xüsusiyyətləri "Siri", "Image Playground", "Genmoji" kimi yenilikləri əhatə edir və "iPhone 16" modellərinin əsas təqdimat mövzusu olub. 

Şikayətçilər bildirirlər ki, "Apple" bu xüsusiyyətləri təbliğ etməklə insanları bahalı cihazlar almağa həvəsləndirib, lakin həmin funksiyaların təqdim olunmaması maddi və mənəvi zərərə səbəb olub. Onlar San-Xose bölgə məhkəməsində maddi kompensasiya tələb edirlər.

Məlumata görə məhkəmə prosesinə Klarkson Hüquq Firması rəhbərlik edir. Düşünülür ki, bu iş "Apple"ın süni intellekt sahəsində yaşadığı çətinlikləri üzə çıxarır. Şirkət məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.

Sərvanə Rəmixanova 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnvestisiya qoyuluşunun kəskin azaldığı sahələr

Yük avtomobillərin istehsalı 90 %-dən çox azalıb

İcra başçısı olmaq istəyən şəxs 400 min rüşvət verməyə razılaşıb

“iPhone 15 Pro” modellərinə yeni funksiyalar gəlir

İpotekaya çıxarılan mənzillərin qiyməti niyə artıb?

2024-cü ilin ən məşhur startapları

Keçmiş direktor yenidən eyni vəzifəyə təyin edildi

Fransada bank işçiləri etiraz edirlər: "Biz varlı deyilik"

"Samsung"un baş direktoru vəfat etdi

"Samsung"un baş direktoru vəfat etdi

İlon Mask robot ordusu yaradacaq

“AzerGold”un “dəmir biznesinin” kapitalı yenidən artırılır

"Asan İmza" necə əldə edilir?

"Fitch Solutions”: Bu il Azərbaycanda inflyasiya 4%-dən yüksək olacaq

7 milyon dollardan artıq saxta əskinas aşkarlandı - Üç şübhəli saxlanılıb

İş tapmağa kömək edən 7 sayt

ƏDV-dən azad edilən əməliyyatlar

ƏDV-dən azad edilən əməliyyatlar

Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb? - ARAŞDIRMA

Polkovnik-leytenant vəfat etdi

Azərbaycan neftinin qiyməti 75 dolları keçib

İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti ötən il artıb

"Bakı Biznes Mərkəzi"nin direktoru işdən çıxıb

Trampdan kriptovalyuta sahəsində yeni addım - Əməkdaşlığa başlayır

Moskva məhkəməsindən təyyarə qəzası ilə bağlı Qərar

Milli Məclisdə kadr dəyişikliyi olub

Ən etibarlı enerjidoldurma şəbəkələri açıqlandı

Vüqar Qurbanov direktoru işdən çıxardı

Kriptovalyuta qiymətlərində artım və azalma bir yerdə

Yeni işə başlayanlar və iş yerini dəyişdirənlər bunları mütləq bilməlidir - SƏHƏR OXUSU

Yeni işə başlayanlar və iş yerini dəyişdirənlər bunları mütləq bilməlidir - SƏHƏR OXUSU

Sənaye məhsulu istehsalında azalma baş verib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin