BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
67453

Ukraynada üç ildir davam edən müharibə Avropaya ciddi maliyyə yükü gətirib: birbaşa yardımlar üçün təxminən 122 milyard dollar, əlavə olaraq isə qitənin ordularına və müdafiə sənayesinə yönəldilən milyardlarla avro.

Lakin Avropa İttifaqı hələ də Rusiya Mərkəzi Bankına məxsus və 229 milyard dollar məbləğində olan, dondurulmuş aktivlərə toxunmayıb. Bu vəsait Vladimir Putinin 2022-ci ildə Ukraynaya qarşı başladığı genişmiqyaslı işğaldan sonra bloklanıb.

Ötən həftə Fransa parlamenti tövsiyə xarakterli yeni qətnamə qəbul edərək hökuməti Rusiya aktivlərini “Ukraynaya hərbi dəstək və ölkənin bərpasını maliyyələşdirmək” məqsədilə istifadə etməyə çağırıb. Sənəddə konkret olaraq vəsaitlərin faiz gəlirləri deyil, əsas kapitalın istifadəsi nəzərdə tutulur.

Amerika Birləşmiş Ştatları və Kanada artıq hökumətlərinə dondurulmuş Rusiya aktivlərini müsadirə etməyə imkan verən qanunvericilik aktları qəbul ediblər. Bayden administrasiyası da fəaliyyətinin son mərhələsində Avropa müttəfiqlərini bu istiqamətdə razılaşdırılmış addımlar atmağa təşviq edib.

Bu sahədə irəliləyiş ötən həftə əldə olunub: Avropa Parlamenti dondurulmuş Rusiya aktivlərinin Ukraynanın “müdafiəsi və bərpası” üçün müsadirəsini nəzərdə tutan qətnamə qəbul edib. Lakin sənəd hələ parlament üzvləri tərəfindən səsə qoyulmayıb.

Avropa İttifaqı artıq dondurulmuş vəsaitlərin faiz gəlirlərindən milyardlarla avro məbləğində Ukraynaya verilən kreditlərin təminatı üçün istifadə edir. Amma əsas kapitalın müsadirəsi məsələsində Avropa hökumətləri ehtiyatlı davranır. Böyük Britaniyanın baş naziri Keyr Starmer 15 martda bu məsələni “çətin məsələ” kimi dəyərləndirib.

Avropanın tərəddüdləri

Tərəddüdlər əsasən iki amillə – iqtisadi və hüquqi risklərlə izah olunur.

Biz bu Rusiya aktivlərinə toxunmuruq”, – deyə Fransa hökumətinin sözçüsü Sofi Primas ötən çərşənbə günü jurnalistlərə bildirib. O xəbərdarlıq edib ki, bu addım təhlükəli presedent yarada və xarici investisiyaları Avropadan uzaqlaşdıra bilər. Bununla belə, hökumət vəsaitlərin istifadəsi üçün hüquqi mexanizmləri araşdırır.

Məsələn, əgər Çin Tayvanı işğal edərsə və Avropa sanksiyalarına məruz qalacağını düşünsə, bu ölkə Avropada vəsait saxlamaqdan imtina edə bilər.

Əslində, Rusiya uzun illərdir rəsmi valyuta ehtiyatlarını Birləşmiş Ştatlardan çıxarır, görünür, Ukrayna və Gürcüstandakı aqressiyası ilə bağlı mümkün nəticələrdən ehtiyat edib.

Panthéon-Sorbonne Universitetindən iqtisadçı professor Olena Havrilçuk bildirib ki, ABŞ bu cür addımları daha əvvəl də atıb – II Dünya müharibəsindən sonra Almaniyanın, eləcə də Əfqanıstan və İraqın aktivləri müsadirə olunub. O əlavə edib ki, "Moskva Avropadan bu cür addımlar gözləmirdi".

Son illərdə Avropa mərkəzi bankları rəsmi və diplomatik dillə bildiriblər ki, xarici aktivlərin müsadirəsi “avronun ehtiyat valyuta kimi mövqeyinə zərər verə bilər”, – deyə Havrilçuk "CNN"ə açıqlamasında qeyd edib.

Amma Ukraynaya dəstəyin davam etdirilməsi Avropa üçün maliyyə yükü olaraq qalır – və dondurulmuş Rusiya vəsaitlərinin faiz gəlirləri bu xərcləri qarşılamağa kifayət etmir.

Əgər Rusiya aktivlərinin tam müsadirəsi mümkün deyilsə, Avropa vergi ödəyiciləri bu reallığı qəbul etməli olacaqlar, – deyə Havrilçuk əlavə edib.

O hesab edir ki, nüvə silahına sahib Rusiya sülh sazişi çərçivəsində heç vaxt kompensasiya ödəməyə razı olmayacaq. Buna görə də Kiyevin təzminatla bağlı ümidi yalnız Qərbin əlində olan vəsaitlərə bağlı qalacaq.

Dünyanı yalnız iqtisadçılar idarə etmir”, – deyə o bildirib. – “Beynəlxalq hüquq hər şeydən əvvəl ədalət üçündür, təkcə mülkiyyət hüquqları üçün yox”.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Atəşgah Sığorta" və "PAŞA Sığorta"dan şikayətlər artır

"2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?

Dünyanın ən bahalı beş brendi - ADLARI

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

Yaponiyada atalara 30 həftəlik məzuniyyət verilir - Bizdə bu hələ tənzimlənməyib

Rəşad Nəbiyev yeni vəzifəyə təyin edildi

İşıq və qaz pulunun ödənişində sabit tarifə keçid əlavə xərclər yaradacaq?

"Onlara normal maaş verilməsi üçün imkanlar var" -Deputat

Qeyri-iş günlərində qatarlar bu qrafiklə işləyəcək

"Liverpul" 150 milyona oyunçu ALDI

"Tesla" avtonom nəqliyyat qəzalarını ictimaiyyətdən niyə gizlətməyə çalışır?

Restoran və kafelərin taleyini həll edən "food cost" necə hesablanır?

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi - FOTO

Bu rayonda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Tramp qorxusu "YouTube"u geri addım atmağa vadar edir

Magistraturaya ixtisas seçimi cədvəli açıqlandı

Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək

DSMF-nin İdarə heyətinin sədrinə müşavir təyin edildi

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

II və III qruplarda ən yüksək balı onlar topladılar - ADLARI

Mayın 25-də keçirilən qəbul imtahanının nəticəsi elan edildi

Maskın sərvəti 8 milyard insan arasında bölünsəydi, hərəyə nə qədər düşərdi?

Bu balığı İrandan 3 manat 91 qəpiyə alırıq

Tağı İbrahimovun səhhəti ağırlaşır - Vəkili həyati təhlükə barədə xəbərdarlıq edir

Ən etibarlı Çin avtomobilləri - Ekspertlər açıqladı

Təhsillə bağlı iki qanunda dəyişiklik edilir

Azərbaycanlı mayora Rusiyada vəzifə verildi

İllik təhsil haqqı 10 000 manat olan özəl məktəblər - SİYAHI

İllik təhsil haqqı 10 000 manat olan özəl məktəblər - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin