
17.03.2025 / 09:37
Bu ərazilərdə qaz olmayacaq
67172
Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Valyuta.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Yasamal rayonu, Landau küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə martın 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Ə.Ələkbərov, M.Rahim, A.Sultanova, H.Cavid, K.Kazımzadə küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay