BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
67153

Sovet dövrü postsovet ölkələrinin hər birinə ölkə üzrə səpələnmiş mədəniyyət evləri və klubları şəbəkəsini miras qoyub. Bu gün mədəniyyət evləri ölkəmizin istənilən şəhərinin və ya kəndinin tanış atributudur. Bu tikililər bir növ xalq evlərini əvəz edərək, mədəni təcrübənin daha əhatəli və məzmunlu görünüşünü təqdim ediblər. Çox keçmədən mədəniyyət məkanının başqa bir formatı - mədəniyyət sarayları meydana çıxdı. Onların böyük miqyasda olan memarlıq layihələri yeni fəaliyyət formaları - mühazirələr, müzakirələr, idman, müxtəlif dərnəklər, konsertlər, tamaşalar və s. ilə sakinlərin asudə vaxtlarını zənginləşdirməyə xidmət etdi.

Bu gün də regionlarda mədəniyyət evləri və sarayları fəaliyyətlərini ənənəvi qaydada davam etdirirlər. Onların bəziləri yerli tamaşaçı tələbatını ödədiyi üçün qlobal transformasiyaya ehtiyac duymadan fəaliyyət göstərir. Bəzilərini isə "çoxfunksiyalılığa” ehtiyac adı ilə söküb, əvəzində "yenisini tikirik” deyiblər. Bərdə rayonundakı Mədəniyyət Sarayı kimi...

Bərdə rayonunda yerləşən Mədəniyyət Sarayı vaxtilə ölkədəki üç ən böyük mədəniyyət sarayından biri kimi məşhur olub. 1979-cu ildə tikilən saray 97 otağa, geniş idman salonuna malik olub. Birinci mərtəbədə 1200 nəfərlik, ikinci mərtəbədə isə 500 nəfərlik və böyük səhnəyə malik tamaşa salonu fəaliyyət göstərib. 

Yerli sakinlərin dediyinə görə, bu saray qədimliyinə, böyüklüyünə və arxitekturasına görə Qarabağ zonasında birinci olub və rayon sakinlərinin həyatında mühüm rol oynayıb. Sakinlərdən birinin sözlərinə görə, vaxtilə Bərdə Mədəniyyət Sarayında musiqi məktəbi də fəaliyyət göstərib. Bina sökülərkən həmin məktəb də binadan perik düşüb, hansısa darısqal bir binaya sığışdırılıb. 

Mədəniyyət Sarayının binası 2013-cü ildə çoxfunksiyalı sarayla əvəz olunması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən sökülüb. Sonradan müəyyən betonbərkitmə işləri aparılıb və bir neçə mərtəbəsi tikilib. Binanın tikintisinə 1.5 milyon pul da ayrılıb. Amma doqquz ildir ki, tikinti dayanıb və o vaxtdan bəri heç bir iş görülmür. Necə deyərlər, binanın tikintisi bir növ "Qordi düyünü”nə düşüb. 

Vaxtilə mədəni tədbirlərin əsas ünvanı kimi tanınan, yerli və yaxın ərazilərdəki sakinlərin sevimli istirahət yeri olan sarayın yenidən tikilib istifadəyə verilməməsi Bərdə sakinlərinin ciddi narazılığına səbəb olub. "Sarayı təmir də etmək olardı. Amma yenisini tikmək adı ilə sökdülər, yeni binadan isə əsər-əlamət yoxdur. Tikintisi doqquz ildir ki dayanıb...” - deyə sakinlər gileylənirlər: "Bu sarayda vaxtilə paytaxtdan gələn müğənnilər, teatr kollektivləri çıxış edirdi. Görkəmli insanlarla görüşlər təşkil edilirdi. Yerli camaat, ətraf rayonların sakinləri də bu sarayın xidmətindən istifadə edirdi. Məktəblilər üçün maraqlı tədbirlər keçirilirdi. Bu gün isə adamlar mədəni tədbirlərə həsrət qalıb. Rayona qastrola gələn teatr kollektivləri, müğənnilər proqramlarını təqdim etməyə geniş salon tapa bilmirlər. İndiki vaxtda insanların mədəni tədbirlərə çox ehtiyacı var”. 

Sakinlər rayon mərkəzindəki "Nizami” adlı kinoteatrın da söküldüyünü deyirlər. Yəni sakinlər bir növ kinoteatra getmək və digər mədəni tədbirlərdə iştirak etməkdən məhrum olublar.

Vaxtilə Mədəniyyət Sarayında dərnək rəhbəri işləyən Gülnarə xanım 2003-cü ildən burada çalışdığını deyir. Onun sözlərinə görə,  hazırda Mədəniyyət Sarayı 3 nömrəli məktəbin yaxınlığında kiçik otaqlara yerləşdirilib: "Tədbirlər hazırlayırıq, amma otaqlar kiçik olduğundan burada tədbir keçirə bilmirik. Böyük tədbirləri parkda, Mədəniyyət Mərkəzində edirik. Hazırda Novruz tədbiri hazırlayırıq. Vaxtilə sarayda çoxlu dərnəklər fəaliyyət göstərirdi. Öz dərnəklərimizdə uşaq hazırlayırdıq. Çox gözəl tədbirlərimiz olurdu. Ancaq saray söküləndən sonra çətinliklər yarandı. Yeni sarayın tikintisini isə biz də sizin kimi gözləyirik...”

Mədəniyyət Sarayının taleyi ilə bağlı Mədəniyyət Nazirliyinə ünvanladığımız suala nazirliyin Aparat rəhbərinin müavini- Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfovun cavabı belə oldu: "Nazirlik tərəfindən 2025-2028-ci illər ərzində dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulan layihələrin siyahısına Bərdə şəhərində çoxfunksiyalı incəsənət məkanının tikintisi daxil edilmiş və aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə təqdim olunmuşdur”.

Bərdə rayon İcra Hakimiyyətinə isə görünür, yerli sakinlərin asudə vaxtlarının əsas ünvanı və mədəni tədbirlərin keçirildiyi məkanın nə söküntüsü, nə də tikintisi maraqlıdır. Belə olmasaydı qurumun memarlıq şöbəsindən binanın tikintisi ilə bağlı sualımıza "Bunu bizdən niyə soruşursunuz? Bərdə Regional Mədəniyyət İdarəsindən soruşun. Binanın bizə heç bir aidiyyatı yoxdur. Vaxtilə binanın tikintisinə pul da ayrılıb. Amma sonradan vəsait ayrılmadığı üçün tikinti yarıda qalıb...” cavabı verilməzdi.

Bərdə rayonu üzrə millət vəkili Fatma Yıldırım sakinlərin müraciətlərinə əsasən binanın taleyi ilə bağlı Mədəniyyət Nazirliyinə rəsmən müraciət edib: "Bina Mədəniyyət Nazirliyinin sifarişi əsasında tikilir. Mədəniyyət Sarayı ilə bağlı Mədəniyyət Nazirliyinə rəsmən müraciət olunub. Digər tərəfdən, rayonda sakinlərin mədəni istirahətlərinin təşkili üçün 300 yerlik Mədəniyyət Mərkəzi var. Hazırda tədbirlər o mərkəzdə keçirilir”.

Maraqlıdır, "Aranın baş şəhəri”nin əsas mədəniyyət sarayının taleyi necə olacaq? Hələlik rəsmilər bu sualın cavabını dəqiq verə bilmirlər. 

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ferrari" sahibləri gəncləşir

"Apple"ın yeni sürprizi: "iPhone 17 Ultra" gəlir?

Məşhur ailələr "Volkswagen"dəki payını satılacaq?

"PepsiCo" 1,95 milyard dollara bu şirkəti alır - Məqsədini açıqladı

"Aqrarkredit"in 6 milyonluq əmlakı hərraca çıxarılacaq - Cədvəl

Dünyanın ilk .com domeni: Symbolics.com-a nə oldu?

Uzun tətildən sonra işə adaptasiya olmaq niyə çətindir?

Azərbaycanın ixracı son 1 ayda 1.2 mlrd. dollardan çox azalıb

İnnovasiya və Təchizat Mərkəzi milyon yarımlıq sərfiyyat malları alacaq

İcra hakimiyyəti tender kralından 18 minlik yanacaq alır

"Google Asistan" gedir, yerini "Gemini" tutur

Dövlət Reklam Agentliyi 43.2 min manata ofis icarəyə götürür

Azərbaycanda kompüter istehsalı 4 dəfəyə yaxın artıb

Əhalinin nominal gəlirləri 11 milyardı keçdi - Rəsmi

DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

ADY-dən gedişhaqqının çox çıxılması iddiaları ilə bağlı açıqlama

Təmizlik idarəsi yarım milyonluq it yemi alır

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Mobil operatorların gəlirləri açıqlandı

Yoxsulluq insanın bioloji qocalmasını sürətləndirir

Sabiq məmurlar həbs edildilər

Bir elektromobilin orta idxal dəyəri 39 min dollara düşüb

7 milyonluq “Xaçmaz Aqropark” nizamnamə kapitalını azaldır

İnnovativ startaplar yerli bazarı hərəkətləndirir

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

Bakıdan Sumqayıta ilk dəfə birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək

Məşhur türkiyəli ekspert Bakıda təlim keçəcək - Beynəlxalq sertifikat veriləcək

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin