BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
66852

Aparılan yeni araşdırma sayəsində dünyanın ən çox kirlənmiş 20 şəhərinin adları bəlli olub. 

Valyuta.Az "CNN"ə istinadla xəbər verir ki, bu şəhərlərin əksəriyyəti – 13-ü – dünyanın ən çox əhalisi olan ölkəsi Hindistanda, 4-ü Pakistanda, 1-i Çində, 1-i isə Qazaxıstandadır.  

Siyahıdakı Asiyadan olmayan yeganə şəhər Mərkəzi Afrikada, Çadın paytaxtı Ncamena olub.

"PM2.5" çirklənməsi və sağlamlığa təsiri  

Qlobal hava keyfiyyətini izləyən İsveçrənin "IQAir" şirkətinin hesabatında xüsusi olaraq "PM2.5" adlanan xırda hissəciklər araşdırılıb. Bu, ən kiçik və eyni zamanda ən təhlükəli çirkləndiricilərdən biridir.  

"PM2.5" əsasən fosil yanacaqların yanması, toz fırtınaları və meşə yanğınları nəticəsində əmələ gəlir. O qədər kiçikdir ki, insan saçının eninin 1/20 hissəsinə bərabərdir və bədənin təbii müdafiə mexanizmlərini keçərək birbaşa ağciyərlərə və qan dövranına daxil ola bilər.  

Bu hissəciklər tənəffüs yollarında iltihab yaradır və xroniki böyrək xəstəlikləri, xərçəng, insult və infarkt riskini artırır. Həmçinin depressiya və narahatlıq kimi psixoloji problemlərlə əlaqələndirilir.  

"ÜST"ün bildirdiyinə görə, "PM2.5"in illik orta səviyyəsi bir kubmetr hava üçün 5 mikroqramdan çox olmamalıdır.  

Siyahıda ilk sırada yer alan Hindistanın Byrnihat şəhərində bu göstərici 128.2 olub – bu, ÜST standartından 25 dəfə çoxdur.  

Siyahıya düşən digər 12 Hindistan şəhəri arasında paytaxt Yeni Dehli də var. Bu şəhər artıq altı ildir ki, dünyanın ən çirklənmiş paytaxtı hesab edilir, burada "PM2.5" konsentrasiyası 91.8 olub.  

Bundan başqa, Delhiyə yaxın 6 şəhər – Faridabad, Loni, Qurqram, Noida, Böyük Noida və Dehli də bu siyahıya daxil edilib.  

Çində vəziyyət  

Keçmişdə dünyanın ən çirklənmiş ölkələri arasında olan Çin, hesabatda kiçik bir irəliləyiş göstərib.  

Ölkədə "PM2.5"in illik orta konsentrasiyası 32.5 mikroqramdan 31 mikroqrama enib. Pekin, Şanxay, Çendu, Quanqcou və Şençjen kimi iri şəhərlərdə hava keyfiyyətinin bir qədər yaxşılaşdığı bildirilib.  

Çin dünyanın ən böyük karbon emissiya mənbəyi olsa da, son illərdə hava çirkliliyinə qarşı mübarizəyə başlayıb və bərpa olunan enerji sahəsində ciddi irəliləyişlər edib.  

Lakin ötən ay iki ekoloji təşkilat Çində elektrik enerjisi sektorunun son bir ildə təxminən 100 giqavatlıq yeni kömür elektrik stansiyası tikməyi planlaşdırdığını açıqlayıb. Bu, son on ildə ən yüksək göstəricidir.  

"IQAir"in hesabatına görə, dünyanın ən çirklənmiş 20 şəhərinin hamısında "PM2.5" səviyyəsi ÜST standartlarını ən azı 10 dəfə üstələyib.  

Məlumat çatışmazlığı problemi  

"Hava çirkliliyi insan sağlamlığı və ekoloji tarazlıq üçün ciddi təhlükə olaraq qalır, lakin böyük əhali kütləsi öz çirklənmə səviyyələri barədə məlumatsızdır", – "IQAir"in qlobal baş direktoru Frank Hammers bildirib.  

İran və Əfqanıstanın məlumat çatışmazlığı səbəbindən bu ilki hesabatda yer almadığı qeyd edilib.  

Cənub-Şərqi Asiyada hava keyfiyyətinə nəzarətlə bağlı problemlər var. Hesabata görə, bu regiondakı ölkələrin əksəriyyətində dövlət tərəfindən həyata keçirilən monitorinq proqramlarında ciddi boşluqlar mövcuddur.  

Şimali Amerikada ən çirklənmiş şəhərlər  

"IQAir"in araşdırdığı 8 954 şəhərdən yalnız 17%-i ÜST-ün hava çirkliliyi ilə bağlı standartlarına cavab verib.  

Şimali Amerikada ən çirklənmiş şəhərlər Kaliforniyada yerləşən Ontario, Bloomington və Huntington Park olub.  

Ümumilikdə ABŞ ötən il "PM2.5" səviyyəsini əhəmiyyətli dərəcədə azaldıb – illik orta göstərici 2023-cü illə müqayisədə 22% aşağı düşüb.  

Hesabat hökumətləri bərpa olunan enerji layihələrinə vəsait ayırmağa və sənaye sahələri ilə nəqliyyat vasitələri üçün emissiya hədlərini sərtləşdirməyə çağırıb.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şimali Koreyadan gizli çıxarılan telefon hər kəsi heyrətləndirdi - Avtomatik senzura sistemi...

Bu şirkətin qanuni təmsilçisi ölkədən çıxa bilmir

Arzuya gedən yol: "Real"da çalışmaq üçün mənzilini satan qazax qızın hekayəsi -MÜSAHİBƏ

Rahatlığınızı pozsa da, sizi uğurlu edəcək 10 vərdiş

10 manatlıq şirkətin vergi borcu var - Sahibkarın ölkədən çıxışına stop qoyula bilər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

Məhkəməyə məxsus avtomobil hərracda satıldı

“Healthy Body” şirkətinin rəhbərinə “stop” qoyuldu

Dropshipping nədir və Azərbaycanda bu işə başlamaq olar?

Dünyanın ən böyük dəmir filizi yatağı kəşf edildi - Harada yerləşir?

Alman termonüvə reaktoru dünya rekordu müəyyən etdi

184 min manat vergi borcu olan şirkət kimindir?

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

BŞİH-dən adı heç yerdə olmayan şirkətə 50 milyonluq sifariş

Bu restoranlar cərimələndi

Naxçıvanda nazir müavini işdən çıxarıldı

Metro 3 ayda nə qədər qazanıb?

Bayram günlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb

Neuralink" beyin çipi layihəsinə 650 milyon dollar investisiya aldı

Azərbaycanda hotellər 3 prinsip üzrə idarə olunur

Restoranların müştərilərdən 50-100 manatlıq depozit tələbi qanunidirmi?

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Sumqayıtdakı bu zavodun 1,3 milyon manat vergi borcu üzə çıxdı

“İstənilən adamın telefonuna girə bilərdik” deyən hakerə hökm oxundu

Ən etibarsız ailə avtomobilləri: Alınması məsləhət görülməyən 3 model

Azərbaycanda 2035-ci ildən hidrogen istehsalına başlanacaq

Azərbaycan Türkmənistana 100 ton elektrod göndərib

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Stiv Cobsun həyat yoldaşı "OpenAI"nin sirrli cihazına dəstək verir: "Apple"a rəqib gəlir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin