BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.8519
  • RUB
    1.9517
  • TRY
    0.0465
  • GBP
    2.2035
66759

Prezident İlham Əliyev bu günlərdə çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, respublikanın yeddi şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə doqquz milyon 940 min manat vəsait ayrılıb. Ayrılan vəsait hesabına Bakıda 141, Sumqayıtda 30, Naxçıvanda 11, Gəncədə 10, Xırdalanda beş, Qazaxda iki, Bərdədə bir yeni liftin istifadəyə verilməsi nəzərdə tutulur.

Əvvəllər də Bakıda köhnə liftlərin dövlət vəsaiti hesabına yenilənməsi işi aparılıb. Maraqlıdır, görəsən yeni sərəncama əsasən, hansı binalardakı liftlər dəyişdiriləcək? Ən əsası, bu mərhələdən sonra Bakıda yenə də köhnə lifti olan bina qalacaqmı?

Valyuta.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Suraxanı, Sabunçu, Nizami, Xətai...

Daşınmaz əmlak eksperti Ramil Qasımzadə hesab edir ki, bu sərəncamın məqsədi köhnə liftlərin yeniləri ilə əvəz edilməsidir: "Dəyişdiriləcək liftlərin çox hissəsi Bakıda qərarlaşıb. Tək bu il deyil, əvvəlki illərdə də istifadəyə yararsız liftlərin dəyişdirilməsi prosesi həyata keçirilib. Bakının mərkəzi hissələrindəki köhnə liftlərin əksəriyyəti dəyişdirilib. Məsələn Səbail, Nərimanov, Nəsimi kimi ərazilərdə bu proses həyata keçirilib. Köhnə liftlərin yerinə əsasən Almaniya istehsalı olan yeni liftlər quraşdırılıb. Amma Suraxanı, Sabunçu, Nizami, Xətai kimi rayonlarda hələ də keçmiş sovet istehsalı olan liftlər qalmaqdadır. Onların bir çoxu istismar müddətini də çoxdan başa vurub və təhlükə mənbəyidirlər. Söhbət yalnız Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan binalardan gedir. Buraya doqquz və yaxud on altı mərtəbəli binalar daxildir. Yəqin ki, sərəncamda da bu binalardakı liftlərin dəyişdirilməsi nəzərdə tutulub".

"Zamanla bütün köhnə liftlər dəyişdiriləcək"

R.Qasımzadənin fikrincə, vətəndaşlar dəfələrlə qeyd olunan ərazilərdəki liftlərlə bağlı şikayətlərini müvafiq qurumlara bildiriblər: "Xüsusən də doqquzmərtəbəli binalardan söhbət gedir. Bunlara "Kiyev" və "Leninqrad" layihəli binalar aiddir. Vətəndaşlar orada yerləşən köhnə liftlərdən əziyyət çəkirdi. Dəfələrlə müvafiq idarələrə, həmçinin dövlət səviyyəsində də müraciətlər ediblər. Bunlar nəzərə alınaraq, qeyd olunan liftlərin dəyişdirilməsinə vəsait ayrılıb. Düşünürəm ki, zamanla bütün köhnə liftlər dəyişdiriləcək".

"Müvafiq komissiya yaradılıb"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc da düşünür ki, sovet dövründən qalan liftlərin əksəriyyəti istismar müddətini başa vurub. Həmin liftlərin dəyişdirilməsinə ehtiyac var: "Bununla bağlı müvafiq komissiya da yaradılıb. Onlar tərəfindən 141 bina seçilib. Komissiya vasitəsilə dəyişdirilməsi ən zəruri hesab olunan liftlər müəyyən olunub. Bu sərəncam həmin liftlərə şamil ediləcək. Ümumiyyətlə, istifadəsi mümkün olmayan, artıq qurğu kimi fəaliyyət göstərə bilməyən liftlər nəzərdə tutulur. Hansı ki, artıq təmiri, hissələrinin dəyişdirilməsi mümkün deyil".

V.Oruc bildirib ki, istismar müddəti başa çatmış liftlərin sayı xeyli çox olsa da, hazırda onlara texniki dəstək xidməti göstərilə bilir: "Əsasnaməyə uyğun olaraq, "Bakı Lift-Təmir" İstehsalat Birliyi liftlərin yoxlanışını təmin edir. İşlək vəziyyətdə olan liftlərə zəruri xidmətlər göstərilir. Təhlükəsizliyin təmin edilməsi üçün müvafiq addımlar atılır. Köhnə liftlər də daimi yoxlanışdan keçirilirlər ki, hər hansı bir təhlükə törətməsinlər".

"Proses davamlı olacaq"

Ekspertin sözlərinə görə, bu sərəncam hələ Bakını tam olaraq əhatə etmir. Gələcəkdə digər liftlərlə bağlı da qərar veriləcək: "Nəzərə almaq lazımdır ki, bu sərəncamdan sonra da köhnə liftli binalar mövcud olacaq. Düşünürəm ki, bu proses davamlı xarakter daşıyacaq. Çünki Bakı şəhərində təmir olunmalı, dəyişdirilməyə ehtiyac olan liftlərin sayı 141-dən çoxdur".

Müvafiq qurum nə deyir?

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin "Bakı Lift-Təmir" İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynovun sözlərinə görə, sərəncamda nəzərdə tutulan liftlərin taleyi Nazirlər Kabineti tərəfindən veriləcək qərardan asılıdır: "Sərəncam imzalanıb. Prezident Nazirlər Kabinetinə göstəriş verib. Lakin hələ Nazirlər Kabinetinin qərarı mövcud deyil. Qərar verildikdən sonra icrasına başlanacaq. Hələ ki, proses davam edir. Bakı şəhəri üçün 141 bina nəzərdə tutulub. Amma hansılar olacağı hələlik müəyyənləşdirilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda minlərlə kahı hərraca çıxarılacaq

Azərbaycanda minlərlə kahı hərraca çıxarılacaq

Bakıda 24, rayonlarda 30 dərəcə isti olacaq

Bu universitetə rektor əvəzi təyin olundu (FOTO)

İlham Əliyev səfirlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Prezident bu şəxsləri təltif etdi

Bakıda yanğın təhlükəli şadlıq saraylarının fəaliyyəti dayandırılıb (Video)

"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi - ümumilikdə isə 18 milyondan çox...

"Intel"in yeni baş direktorunun məvacibi açıqlanıb

Ronaldonun məşhur "Toto" restoranı bağlandı

Pulsuz yaşamaq: Borc yığmamaq üçün ən yaxşı strategiyalar - SƏHƏR OXUSU

Alış-veriş zamanı büdcəmizə necə qənaət edək?

ABŞ fond bazarı üç həftə ərzində 5 trilyon dollar dəyər itirib

Dünyanı 95 dəqiqəyə dolaşmaq: Gələcəyin kosmik təyyarəsi təqdim edildi

BMW-nin mənfəəti kəskin azaldı: "Bu oyunda qalib yoxdur"

30 manatlıq şirkətinin 50 minlik borcu var

"Control Union Azerbaijan" nizamnamə kapitalını 175 min dollara endirdi

Bayden Tramp üçün 300 milyard dollarlıq borc saxlayıb

Sumqayıt bulvarında cari təmir üçün 250 minlik tender

“Emininşaat”ın rəhbərinə “stop” qoyuldu

15 avtomobil hərraca çıxarılacaq -4900 manatdan

"Xəzər Konsaltinq Agentliyi"nin borcu 100 minə yaxınlaşır

“A Glass Travel” şirkətinin rəhbərinə “stop” qoyuldu

Deputatlarımız 14 məsələnin müzakirəsi üçün bir araya gələcək

Novruz gəlir - Bayram günlərində nə və necə yeyək?

İlham Əliyev “Euronews" televiziyasına müsahibə verdi - TAM MƏTN

Naxçıvan MR DSMF ABB ilə 400 min manatlıq müqavilə bağlayacaq

Dövlət Turizm Agentliyində yoxlama aparılır

74 yaşlı sahibkarın ölkədən çıxışına "stop" qoyuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin