BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
66347

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının dəyişdirilməsinə hazırlıq gedir. Fevralın 20-də Ali Məclisin yaz sessiyasının növbəti iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub.

Rəsmi açıqlamada bildirilir ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib.

Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. Ancaq Konstitusiyada nələrin dəyişəcəyi hələlik məlum deyil.

Naxçıvan Konstitusiyasında ən vacib dəyişiklik Naxçıvan Ali Məclisinin sədrinin xüsusi statusu ilə bağlıdır.

Dəyişiklik əsasında Ali Məclisin sədrinin “ali vəzifəli şəxs” statusu ləğv edilə bilər. Qeyd edək ki, Ali Məclisin sədrinin həm qanunverici orqana rəhbərlik etməsi, həm də ali vəzifəli şəxs olması birmənalı qarşılanmır. Dəyişikliklərdən sonra hüquqi problem aradan qaldırılacaq.

Milli Məclisin Naxçıvandan seçilən deputatı Vüqar Rəhimzadə bir neçə gün əvvəl saytımıza açıqlamasında bildirib ki, Naxçıvanda yeni idarəçilik qaydalarının yaradılması Muxtar Respublikanın Konstitusiyasında dəyişikliklər edilməsi zərurəti yaradıb. O deyib ki, hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. “Konstitusiya və Suverenlik İli”ində həyata keçirilən bu islahat ölkəmizin ayrlmaz parçası olan Naxçıvanın daha da inkişafına xidmət edəcək".

Xatırladaq ki, Naxçıvan Ali Məclisinin sonuncu sədri Vasif Talıbov olub. O, 1995-2022-ci illərdə bu vəzifəni tutub. Naxçıvan Konstitusiyası da onun dövründə qəbul edilib.

Vasif Talıbovun istefasından sonra onun yerinə heç kim seçilməyib. Ötən ilin sentyabrın 1-də keçirilən parlament seçkilərində Naxçıvan Ali Məclisi, demək olar ki, tam yenilənib. Ancaq seçkidən sonra da heç kim sədr postuna gətirilməyib.

Konstitusiyaya dəyişiklik edilməsindən və Ali Məclis sədrinin səlahiyyətlərinin aydınlaşmasından sonra yeni sədrin seçiləcəyi gözlənilir.

©modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ferrari" sahibləri gəncləşir

"Apple"ın yeni sürprizi: "iPhone 17 Ultra" gəlir?

Məşhur ailələr "Volkswagen"dəki payını satılacaq?

"PepsiCo" 1,95 milyard dollara bu şirkəti alır - Məqsədini açıqladı

"Aqrarkredit"in 6 milyonluq əmlakı hərraca çıxarılacaq - Cədvəl

Dünyanın ilk .com domeni: Symbolics.com-a nə oldu?

Uzun tətildən sonra işə adaptasiya olmaq niyə çətindir?

Azərbaycanın ixracı son 1 ayda 1.2 mlrd. dollardan çox azalıb

İnnovasiya və Təchizat Mərkəzi milyon yarımlıq sərfiyyat malları alacaq

İcra hakimiyyəti tender kralından 18 minlik yanacaq alır

"Google Asistan" gedir, yerini "Gemini" tutur

Dövlət Reklam Agentliyi 43.2 min manata ofis icarəyə götürür

Azərbaycanda kompüter istehsalı 4 dəfəyə yaxın artıb

Əhalinin nominal gəlirləri 11 milyardı keçdi - Rəsmi

DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

ADY-dən gedişhaqqının çox çıxılması iddiaları ilə bağlı açıqlama

Təmizlik idarəsi yarım milyonluq it yemi alır

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Mobil operatorların gəlirləri açıqlandı

Yoxsulluq insanın bioloji qocalmasını sürətləndirir

Sabiq məmurlar həbs edildilər

Bir elektromobilin orta idxal dəyəri 39 min dollara düşüb

7 milyonluq “Xaçmaz Aqropark” nizamnamə kapitalını azaldır

İnnovativ startaplar yerli bazarı hərəkətləndirir

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

Bakıdan Sumqayıta ilk dəfə birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək

Məşhur türkiyəli ekspert Bakıda təlim keçəcək - Beynəlxalq sertifikat veriləcək

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin