BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
66262

"Apple" şirkətinin həmtəsisçisi Stiv Cobs işə qəbul prosesində tətbiq etdiyi qeyri-adi üsullarla tanınıb. Onun məşhur "pivə testi" adlandırılan metodu isə bu baxımdan xüsusilə diqqətçəkən olub. Onsuz da kifayət qədər gərgin keçən iş görüşmələri hazırlıq, həyəcan və gözlənilməz suallarla mübarizə tələb etdiyi üçün Cobs namizədləri daha rahat mühitdə qiymətləndirmək qərarına gəlib.

Valyuta.az xəbər verir ki, Cobsun tətbiq etdiyi "pivə testi"nin məqsədi namizədlərlə səmimi şəraitdə ünsiyyət qurmaq olub. İddialara görə, o, "Apple"da işə qəbul prosesində iştirak edən şəxsləri içki içməyə dəvət edərək belə bir mühit formalaşdırıb. Onun üçün əsas məsələ bu idi: "Bu insanla pivə içə bilərdimmi? Onunla gəzintidə rahat söhbət edə bilərdimmi?".

Bu qeyri-rəsmi görüşlər zamanı Cobs namizədlərə "Sonuncu dəfə nə vaxt nəyəsə nail oldunuz?" və ya “Keçən yay nə etmisiniz?” kimi açıq suallar ünvanlayıb. Bu sualların konkret düzgün və ya səhv cavabları olmayıb. Məqsəd namizədi daha yaxından tanımaq və onun şirkət mədəniyyətinə uyğun olub-olmadığını müəyyənləşdirmək olub. Rəsmi atmosferin olmadığı bu şəraitdə belə, Cobs yenə də ən yaxşı mütəxəssisləri – onun ifadəsi ilə desək, “A oyunçularını” seçməyə üstünlük verib.

Bu yanaşma barədə Cobs belə demişdi: "Kifayət qədər "A oyunçusunu" bir araya topladığınız zaman onların bir yerdə işləməkdən necə zövq aldıqlarını görürsünüz. Çünki əvvəllər belə bir imkanları olmayıb".

Görünür, işə qəbul mütəxəssisləri düzgün namizədləri tapmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Onlardan biri də "su testi" adlanır.

"Su testi" barədə hekayə "Reddit" platformasında istifadəçilərdən birinin işə qəbul mütəxəssislərinə tətbiq etdikləri "xüsusi testləri" soruşması zamanı üzə çıxıb. Bir iştirakçı müsahibə zamanı bu testə məruz qaldığını bildirib və görüş otağına bir sürahi və stəkan su qoyularaq namizədin necə davrandığının izlənildiyini qeyd edib.

Həmin şəxs işə qəbul mütəxəssisinin sürahidən su istifadəsini müşahidə edərək potensial əməkdaşlarda nə axtardığını belə izah edib: “Müsahibə zamanı suyu "normal sürətlə" içən yeganə şəxs mən idim və bu hal "iş mühitində özünə inam, təklif edilən bir şeyi qəbul etmə bacarığı" kimi qiymətləndirilirdi".

"Reddit" istifadəçisi öz "normal sürətinin" hər sualı cavabladıqdan sonra bir qurtum su içmək olduğunu və bunun özünü rahatlaşdırmaq üçün etdiyini bildirib. Sonda isə əlavə edib: “Görünür, hətta kimsənin su təklifini necə rədd etməsindən və ya suyu çox sürətlə içməsindən belə onun haqqında çox şey öyrənmək mümkündür".

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"AZFEN"-in rəhbəri vəzifəsindən azad edilib

Pensiyalar vaxtından əvvəl veriləcək

Bu startap kiberhücuma məruz qaldı - Müştəri məlumatları və serverlər silindi

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

Əmək Məcəlləsinə dəyişiklik: Məzuniyyət qaydaları dəyişə bilər

Sabahdan 1-ci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

Xərçəng dərmanı üçün nəhəng ortaqlıq: 11,1 milyardlıq müqavilə imzalandı

Müəllimlərin əmək məzuniyyəti necə hesablanır? - QAYDALAR

“İçərişəhər”ə direktor təyin edildi - FOTO

Ağdamda 9 milyonluq binalar tikiləcək

Eldəniz Əmirov: "Koordinasiya zəifliyi var, sahibkar bir neçə quruma müraciət etməli olur"

Apteklərdə nöqsanlar aşkarlandı

Azərbaycanlı deputat vəzifəsini itirdi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

Vaqif Tağıyev: 1 aylıq istilik enerjisi 24-80 qəpiyə başa gəlir, amma tarif 30 qəpik müəyyən olunub

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Prezident Minifutbol Federasiyasına iki milyon manat ayırdı

Almaniyanın polad sənayesi iflasa uğraya bilər

Çin yüzlərlə "Airbus" təyyarəsi alacaq

Deputata məxsus olduğu deyilən şirkət 10 milyonluq tender uddu

İstanbuldan Gəncə və Naxçıvana aviabiletin qiymətləri məlum oldu

Avtobus sürücülərinə tapşırıq verildi - RƏSMİ

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Azərbaycanda yaxın gələcəkdə çoxmərtəbəli binalara qaz verilməyəcək

Azərbaycanda vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcəklər

Sabah yağış yağacaq, dolu düşəcək

“Azərlotereya” 2024-cü ildə 92.4 milyon vergi ödəyib®

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb - Qardaşının payı azalıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin