
Avopa İttifaqı Hindistanla dünyanın ən böyük sazişini bağlamaq istəyir
Avropa İttifaqı və Hindistan 2025-ci ildə azad ticarət sazişi bağlamaq niyyətindədir.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" Avropa Komissiyasının sədri Ursula fon der Leyenin bəyanatına istinadən yazıb.
O, bu sazişi dünyada belə ən böyük sövdələşmə adlandırıb. Nəşrin xatırlatdığı kimi, Yeni Dehli və Brüssel 2007-ci ildən oxşar sazişlə bağlı danışıqlar aparır. 2013-cü ildə tərəflərin Avropa avtomobilləri, şərab, süd məhsulları və s. tariflərinin aşağı salınması kimi məsələlərdə irəliləyiş əldə edə bilməməsindən sonra proses dayandırılıb. Müzakirələr 2022-ci ildə bərpa olunacaq.
Agentliyin istinad etdiyi Hindistan Ticarət Nazirliyinin məlumatlarına görə, Aİ Hindistanın ən böyük iqtisadi tərəfdaşıdır. 2023-2024-cü maliyyə ilində regionlar arasında ümumi ticarət həcmi 137,4 milyard dollar təşkil edib.
Fevralın ikinci yarısında "Bloomberg" xəbər verib ki, Aİ nümayəndələri fevralın sonunda Hindistana səfəri zamanı baş nazir Narendra Modidən anti-Rusiya sanksiyalarının həyata keçirilməsini təmin etmək üçün kömək istəmək niyyətindədirlər.
Qeyd olunub ki, avropalılar Hindistan tərəfini Rusiyanın həm ona, həm də Aİ üçün "təhlükə" olduğuna inandırmağa çalışacaqlar. Bundan əlavə, Brüssel nümayəndələri Nyu-Dehlidən Avropa İttifaqı üçün Hindistan bazarına çıxışı sadələşdirməyi xahiş edəcəklər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay