BAKU Azərbaycan
21.01°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
65853

Rusiya-Ukrayna müharibəsindən sonra Ukrayna iqtisadiyyatının yenidən qurulması üçün tələb olunan məbləğ 524 milyard dollara yüksəlib. Bu, ölkənin 2024-cü il üçün gözlənilən iqtisadi istehsalının demək olar ki, üç qatına bərabərdir. 

Valyuta.Az xəbər verir ki, bu qiymətləndirmə "Dünya Bankı", Birləşmiş Millətlər Təşkilatı, Avropa Komissiyası və Ukrayna hökumətinin birgə hesabatında əks olunub.  

Aparılan yeni araşdırmaya görə, üç il əvvəl başlayan Rusiya işğalından 2023-cü ilin 31 dekabr tarixinədək olan dövrü əhatə edən məlumatlar Ukraynanın enerji infrastrukturuna dəyən ziyanın 70% artdığını göstərir.  

Son qiymətləndirmə bir il əvvəl aparılmış 486 milyard dollarlıq hesablamadan 7%-dən çox artım olduğunu ortaya qoyur. Ən çox zərər görən sahələr mənzil, nəqliyyat, enerji, ticarət və təhsil sektorları olub.  

Mütəxəssislər bu hesabatda binalar və digər infrastruktur obyektlərinə dəyən birbaşa fiziki ziyanı, insanların həyatına və yaşayış səviyyəsinə təsiri, eləcə də "daha yaxşı bərpa" üçün tələb olunan xərcləri müəyyən ediblər.  

ABŞ Donald Tramp müharibəyə son qoymaq üçün Rusiya və Ukrayna ilə ayrıca danışıqlar aparmaq niyyətindədir. O, Fransa prezidenti Emmanuel Makron ilə görüşü zamanı jurnalistlərə verdiyi açıqlamada razılaşmanın bir neçə həftə ərzində əldə oluna biləcəyini bildirib.  

"Son bir ildə Ukraynanın bərpa ehtiyacları Rusiyanın davam edən hücumları səbəbindən artmağa davam edir", – Ukraynanın baş naziri Denis Şmıqal bəyan edib.  

Ukrayna hökuməti donor dəstəyi ilə 2025-ci il üçün prioritet ehtiyacların qarşılanmasına 7,37 milyard dollar ayırıb. Lakin hələ də təxminən 10 milyard dollarlıq maliyyə boşluğu mövcuddur.  

Son qiymətləndirməyə əsasən, Rusiyanın hücumları nəticəsində Ukraynada birbaşa dəymiş ziyan 2024-cü ilin fevralında qeydə alınmış 152 milyard dollardan 176 milyard dollara yüksəlib.  

Ölkənin ümumi mənzil fondunun təxminən 13%-i zədələnib və ya tamamilə məhv edilib. Bu isə 2,5 milyondan çox ailəyə təsir edib.  

Hesabatda son bir ildə enerji sektoruna dəyən ziyanın 70% artdığı qeyd olunub. Buraya enerji istehsalı, ötürülməsi, paylanması infrastrukturu və istilik sistemləri daxildir.  

Uzunmüddətli bərpa ehtiyaclarının 84 milyard dolları mənzil sektoruna, 78 milyard dolları nəqliyyata, 68 milyard dolları enerji və mədən sənayesinə, 64 milyard dolları ticarət və sənayeyə, 55 milyard dolları isə kənd təsərrüfatına aid edilib.  

Təkcə dağıntıların təmizlənməsi və idarə edilməsi üçün lazım olan məbləğ 13 milyard dollar səviyyəsində qiymətləndirilib.  

"Dünya Bankı"nın Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani bu qiymətləndirmənin Ukraynanın fiziki və iqtisadi bərpa, islahatlar və yenidənqurma sahəsində əldə etdiyi irəliləyişi göstərdiyini vurğulayıb.  

Bundan əlavə, Ukraynanın tərəfdaşlarının və özəl sektorun dəstəyi ilə artıq qarşılanmış 13 milyard dollardan çox ehtiyac hesabatda nəzərə alınmayıb. Buraya dövlət büdcəsi və donor fondlarından mənzil ehtiyacları üçün ayrılmış 1,2 milyard dollar və 2 000 km-dən çox təcili yol təmiri daxildir.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Feldşer lotereyadan1 milyard uddu

İspaniyada mobil şəbəkələr çökdü: Böhranın səbəbi nədir?

“Şəki” restoranının sökülməsinə görə kompensasiya ödənilib - Fantastik məbləğ

Avtomobil nömrələrini fantastik qiymətə satan kimlərdir?

Ağdamdan Özbəkistana 1,3 milyonluq divar kağızı ixrac olunacaq

Turizm Agentliyi xarici blogerləri Azərbaycana gətirəcək - 266 min pul ayrıldı

Everestə qalxmaq üçün nə qədər maliyyə lazımdır?

Everestə qalxmaq üçün nə qədər maliyyə lazımdır?

AZCON-un bu departamentinə rəhbər təyin edildi

Sərgidə satış qiymətləri normal bazar ilə eyni olmalıdır? - EKSPERT

Bu tarixdə ölkədə iş olmayacaq

Azərbaycanın quru neft yatağında Macarıstan şirkəti fəaliyyətə başlayacaq

Kapital Bank “International investor” tərəfindən daha bir mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”®

Azərbaycan dünya startap reytinqində irəlilədi

Bu cərimə 55 manatdan 500 manata qaldırılır

“İnternational HR Summit 2025”də İnsan Resurslarının gələcək hədəfləri müzakirə olunur

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Təhlükəsizlik göstəriciləri ən pis olan 10 sərnişin təyyarəsi - SİYAHI

Boşanma prosesi nə qədər vaxt aparır?

İntiqam Babayevin yerinə Aparat rəhbəri təyin olundu

İş vaxtında başqa şirkət üçün işləyən işçi dərhal çıxarıla bilərmi?

Sabah 30 dərəcə isti olacaq

İnzibati cərimələrdə bu şəxslərə 10 faizlik güzəşt tətbiq ediləcək

"Son zəng"in keçiriləcəyi tarix açıqlandı

Sürücülərin Nəzərinə! - Cərimələrlə bağlı yenilik olacaq

ABŞ-ın ən böyük avtomobil istehsalçısı Çinə ixracını dayandırdı

Azərbaycan Texniki Universitetinin startapı 1 500 dollar qazandı

Beyləqanın icra başçısı bəzi işçiləri vəzifəsindən azad edib - SİYAHI

Beyləqanın icra başçısı bəzi işçiləri vəzifəsindən azad edib - SİYAHI

Azərbaycanda yaşayış minimumu haqqında qanun dəyişir

Azərbaycanda unun topdansatış QİYMƏTLƏRİ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin