BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
65791

"Apple" qarşıdakı dörd il ərzində ABŞ-də 500 milyard dollarlıq yatırım edəcəyini elan edib. 

Valyuta.Az "Euronews"a istinadən xəbər verir ki, bu addım, "Apple"ın baş icraçı direktoru Tim Kukun (Tim Cook) ötən həftə ABŞ Prezidenti Donald Tramp (Donald Trump) ilə görüşdüyünə dair xəbərlərin yayılmasından sonra atılıb.  

Şirkətin xərcləyəcəyi 500 milyard dollar yerli tədarükçülərdən ediləcək alışlardan tutmuş, "Apple TV+" xidməti üçün ABŞ-də çəkiləcək serial və filmlərə qədər bir çox sahəni əhatə edəcək.  

Lakin "Apple" bu məbləğin nə qədərinin artıq ABŞ-dəki tədarükçülərinə ayrıldığını açıqlamayıb. Şirkətin tədarükçüləri arasında Kentukkidə "iPhone" üçün şüşə istehsal edən "Corning" kimi firmalar da var.  

Çində istehsal edilən "Apple" məhsulları Trampın bu ayın əvvəlində tətbiq etdiyi 10 faiz dərəcəli gömrük rüsumlarına məruz qala bilər. Lakin "Apple", Trampın ilk prezidentlik dövründə Çin rüsumlarından bəzi güzəştlər əldə etmişdi. Şirkət 2018-ci ildə də oxşar açıqlama verərək, yeni və davam edən yatırımları ilə ABŞ iqtisadiyyatına beş il ərzində 350 milyard dollar töhfə verəcəyini bildirmişdi.  

Xəbərin ardından "Apple" səhmləri birjada açılışdan əvvəlki ticarət əməliyyatlarında cüzi eniş yaşayıb. Tramp isə "Truth Social" platformasında paylaşım edərək "Apple"a və Tim Kuka təşəkkür edib, bu addımın şirkətin onun rəhbərliyinə inamını göstərdiyini bildirib.  

"Apple"ın istehlakçı məhsullarının əksəriyyəti ABŞ-dən kənarda yığılır. Bununla belə, "Broadcom", "SkyWorks Solutions" və "Qorovo" kimi ABŞ mərkəzli şirkətlər "Apple" üçün çip istehsal etməyə davam edir.

Şirkət ötən ay Tayvan mərkəzli çip istehsalçısı "TSMC"yə məxsus Arizonadakı bir fabrikdə öz dizayn etdiyi çiplərin kütləvi istehsalına başladığını elan edib. Trampın ilk prezidentlik dövründə "TSMC"ni Arizonaya cəlb etmək və ABŞ-də yarımkeçirici istehsalını təşviq edən CHIPS Qanununu həyata keçirmək sənaye siyasəti baxımından ən böyük addımlardan biri olmuşdu.  

"Apple", "Foxconn" (rəsmi adı ilə "Hon Hai Precision Industry") ilə əməkdaşlıq edərək Hyustonda 250 min kvadratmetrlik bir müəssisə tikəcəyini və burada məlumat mərkəzlərində istifadə olunacaq süni intellekt serverlərinin yığılacağını açıqlayıb.  

Bu serverlər hazırda ABŞ-dən kənarda istehsal edilir.  

Bundan əlavə, şirkət "Genişləndirilmiş İstehsal Fondu"nu 5 milyard dollardan 10 milyard dollara qədər artıracağını elan edib.  

Son olaraq, "Apple" Miçiqanda bir istehsal akademiyası açacağını açıqlayıb.  

Bu akademiyada "Apple" mühəndisləri və yerli universitetlərin heyəti kiçik və orta ölçülü istehsalat firmalarına layihə idarəetməsi və istehsal proseslərinin optimallaşdırılması kimi sahələrdə pulsuz təlimlər keçəcək.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin