BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.9359
  • RUB
    2.0852
  • TRY
    0.0444
  • GBP
    2.2618
65703

Almaniya kansleri Olaf Şolts bazar günü keçirilən Bundestaq (parlament) seçkilərindən sonra yeni hökumət qurulana qədər hazırkı vəzifəsində çalışmağa davam edəcəyini bildirib.

Şolts rəhbəri olduğu Almaniya Sosial Demokrat Partiyasının məğlubiyyətə uğradığını etiraf edib. Almaniya qanunları belə hallarda kansleri istefaya məcbur etmir.

“Almaniyanın doqquzuncu kansleri olmaq böyük şərəfdir. Bu vəzifədə sona qədər işləyəcəm. İndi qalib gələn partiyalar hökumət qurmaq üçün bir yol tapmalıdırlar”.

O, partiyasının gələcəkdə Almaniyada sosial-demokrat siyasətin mərkəzi rolunu qorumaq üçün mübarizə aparacaq vahid partiya olaraq qalacağına ümid etdiyini bildirib.

İlkin rəsmi məlumatlara görə, Fridrix Merzin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosial İtifaqı partiyalarının (CDU/CSU) bloku gözlənildiyi kimi Almaniya Bundestaqına seçkilərdə qalib gəlib.

Sağçı populist “Almaniya üçün Alternativ” partiyası tarixində ən yaxşı nəticəni əldə edərək ikinci olub.

Olaf Şoltsun ​​mərkəz sol Sosial Demokrat Partiyası (SPD) indiyə qədərki ən pis nəticə ilə üçüncü olub.

Almaniya Federal Seçki Komissiyasının ilkin məlumatlarına görə, Fridrix Merzin başçılıq etdiyi sağ mərkəzçi CDU/CSU bloku (Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqı) 28,6% səs toplayıb.

Bundan əvvəl sosioloqlar CDU/CSU-nun inamlı qələbəsini proqnozlaşdırdılar, sonra exit-poll bunu təsdiqlədi və Merz bazar günü axşam blokunun qələbəsini elan etdi.

©modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“ZEN Architects and Construction” şirkətinin xeyli miqdarda vergi borcu var

Kommunal təsərrüfata rəhbərlik edəcək dövlət qurumunun yaradılması təklif olunur – Hansı üstünlükləri var?

"Youtube"un yeni, gözlənilməz funksiyaları nələrdir?

Yeni araşdırma: İnsanlar hələ də süni intellektdən üstündür

Bu qurum 295 min manatlıq avtomobil alır

Avropada yay tətili sifarişləri azalıb - Aviaşirkətlər həyəcan təbili çalır

Sumqayıtda “Abad məhəllə” layihəsi

“Aztelekom” yenidən təşkil olunur

Kirayə, yoxsa ipoteka sərfəlidir?

Kirayə, yoxsa ipoteka sərfəlidir?

Gənclərin ən çox müraciət etdiyi sığorta növləri

Baş nazirdən “Azərenerji” prezidenti vəzifəsi ilə bağlı QƏRAR

Ağdama 1987 ailənin köçü üçün 1,6 milyon manat ayrılıb

"Azərenerji"də iş vəd etdi, sinif yoldaşlarını aldatdı

Sabah bu ərazilərdə qaz verilişi dayandırılacaq

Bəzi ərazilərə dolu düşəcək, sulu qar yağacaq

Avropa İttifaqından "Apple" və "Meta"ya rekord cərimə

"PepsiCo" ilk rübdə gözləntiləri doğrultmayıb

"PepsiCo" ilk rübdə gözləntiləri doğrultmayıb

Bələdiyyələr pulunu nələrə xərcləyir? - Rəqəmlər

"Xalq Sığorta"nın mənfəəti 3 dəfə azalıb, 2 ildir vergi ödəmir

Məktəblərdə kağız jurnallardan istifadə dayandırılacaq - Bu tarixdən

Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik - YENİLİK

Süni intellektin yaradıcı mütəxəssisləri bu sahədən pul qazana bilirlər?

Süni intellektin yaradıcı mütəxəssisləri bu sahədən pul qazana bilirlər?

Bakı Metropolitenindən 1 milyonluq sifariş

Avropanın məşhur kurortları iqlim dəyişikliyi səbəbilə yox ola bilər

VÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?

Baş nazirdən “Azərenerji” ilə bağlı QƏRAR

CV göndərmədən iş tapa bilən kadr olmaq üçün nələr etməliyik?

Samir İsmayılova yeni vəzifə verildi

Mədət Quliyevin işi bu xanıma həvalə edildi - FOTO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin