BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9014
  • RUB
    2.0971
  • TRY
    0.0437
  • GBP
    2.2609
65639

Nigeriya hökuməti kriptovalyuta birjası "Binance"i ölkədə fəaliyyət göstərməsi nəticəsində yaranan 79,5 milyard dollar iqtisadi itkinin və 2 milyard dollar dəyərində vergi borcunun ödənilməsinə məcbur etmək üçün məhkəməyə müraciət edib. 

Valyuta.Az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə çərşənbə günü yayımlanan məhkəmə sənədlərində qeyd olunub.  

Rəsmilər dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"i Nigeriya nairasının dəyərsizləşməsində günahlandırır. 2024-cü ildə ölkədə kriptovalyuta ticarət platformalarının nairanın əsas mübadilə vasitəsinə çevrilməsindən sonra hökumət "Binance"in iki rəhbər şəxsini saxlayıb.  

Nigeriyada rəsmi qeydiyyatdan keçməyən "Binance" məsələ ilə bağlı dərhal açıqlama verməyib. Lakin şirkət əvvəllər Nigeriyanın Federal Daxili Gəlirlər Xidməti ("FIRS") ilə keçmiş vergi öhdəliklərini həll etmək üçün əməkdaşlıq etdiyini bildirmişdi.  

"Reuters" agentliyinin əldə etdiyi sənədlərə görə, daxili gəlirlər xidməti "Binance"in Nigeriyada "əhəmiyyətli iqtisadi mövcudluğa" malik olduğunu və buna görə də korporativ gəlir vergisini ödəməli olduğunu iddia edir. Məhkəməyə təqdim olunan sənədlərdə 2022 və 2023-cü illər üzrə gəlir vergisinin ödənilməsi, eləcə də borcun ödənilmədiyi məbləğin üzərinə illik 10% cərimə tətbiq edilməsi tələb olunur.  

Bundan əlavə, "FIRS" ödənilməmiş vergilər üçün Nigeriya Mərkəzi Bankının kredit faiz dərəcəsinə əsasən 26,75% faiz tətbiq edilməsini istəyir.  

Ötən il hökumətin bu sahəyə nəzarəti gücləndirməsindən sonra "Binance" Nigeriyada vergi ödəməkdən yayınmaqla bağlı dörd maddə üzrə ittiham olunmuşdu.  

İttihamlar arasında əlavə dəyər vergisinin və şirkət gəlir vergisinin ödənilməməsi, vergi bəyannamələrinin təqdim edilməməsi və müştərilərə platforma vasitəsilə vergidən yayınmaqda kömək göstərilməsi yer alır.  

"Binance" ittihamları rədd edərək onlarla mübarizə aparacağını bildirib. Şirkət 2023-cü ilin mart ayında naira ilə bütün əməliyyatları və ticarəti dayandırdığını elan etmişdi.  

Bundan əlavə, "Binance" Nigeriyanın korrupsiya ilə mübarizə agentliyi tərəfindən irəli sürülən çirkli pulların yuyulması ittihamları ilə də üzləşir. Şirkət bu ittihamları da təkzib edib.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İdarəçisi olmayan şirkəti nələr gözləyir? - EKSPERT

Bu evlərə "kupça" verilmir

1 milyard dollarlıq startap maliyyə çatışmazlığı yaşayır - İflasla üz-üzədir

Şöhrət İsazadəyə SOCAR-da yeni vəzifə verildi

Şöhrət İsazadəyə SOCAR-da yeni vəzifə verildi

Yeni təyin edilən nazir kimdir? - DOSYE

Rusiyada miqrantlar smartfonlar vasitəsilə izləniləcək

Əsassız varlanan şəxslərlə bağlı Ali Məhkəmədən qərar

“Unibank” Mərkəzi Bankın tələblərini pozdu - Xəbərdarlıq edildi

Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi

“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrıldı

Pul haqq idi, nə vaxtdan enerji oldu?

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs bu gün səhər edam olunub

Daha bir ölkəyə vizasız gedə biləcəyik

Neftimizin qiyməti ucuzlaşıb

Tanınmış iş adamı vəfat etdi - Foto

İlon Mask siyasətdən tədricən uzaqlaşacağını açıqlayıb

İlon Mask siyasətdən tədricən uzaqlaşacağını açıqlayıb

Rubl ucuzlaşıb - Yeni məzənnə

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

Loqo satışlara necə təsir edir? - EKSPERT

"Bitcoin" 107 min dolları keçdi - "Ethereum" və "XRP"nin qiyməti düşdü

Sevərək işlədiyimiz ev mühiti işimizi necə ləngidir? - 7 əsas mənfi cəhət - SƏHƏR OXUSU

Sevərək işlədiyimiz ev mühiti işimizi necə ləngidir? - 7 əsas mənfi cəhət - SƏHƏR OXUSU

ABŞ Ayda nadir tapılan maddənin çıxarılması üçün xüsusi qurğu hazırladı

158 min manat vergi borcu olan şirkət kimindir?

"Volkswagen" ID subbrendindən imtina edir

Neyroşəbəkələrlə mübahisə: Süni intellekt, yoxsa insan daha inandırıcıdır?

Vergi borcu olan şirkət direktorunun ölkədən çıxışına STOP qoyuldu

Dünyanın ən incə oyun noutbuku tanıdıldı - FOTO

FHN-nin Cəbrayılla bağlı 3 milyonluq tenderi ləğv edildi

"80 faiz qaydası": Zukerberq, Eynşteyn və Cobsu birləşdirən yanaşma

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin