BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9581
  • RUB
    2.0781
  • TRY
    0.0445
  • GBP
    2.2754
65562

ABŞ-da istifadəyə verilən "Protector" adlı yeni mobil tətbiq istifadəçilərə "Uber" kimi bir sistemlə silahlı mühafizəçi çağırmaq imkanı yaradır.

Valyuta.az xəbər verir ki, həm aktiv, həm də təqaüddə olan hərbçi və polis əməkdaşlarından ibarət mühafizəçilər gündəlik və ya uzunmüddətli olaraq icarəyə götürülə bilər.

Tətbiq hazırda Nyu-York və Los-Anceles şəhərlərində fəaliyyət göstərir və yalnız "Apple App Store" üzərindən yüklənə bilir. İstifadəçilər mühafizəçini seçdikdən sonra onlara əlavə avadanlıqlar təqdim edə və ya bu avadanlıqları tətbiq üzərindən icarəyə götürə bilərlər. Eyni zamanda, mühafizəçilər üçün xüsusi geyim seçmək də mümkündür.

Mühafizəçilər xidmətə öz şəxsi silahları ilə gəlirlər. Tətbiqin yaradıcıları bu sistemin insanların təhlükəsizliyini artıracağını bildirirlər. Son vaxtlar ABŞ-da, xüsusilə də yüksək vəzifəli şəxslərə qarşı silahlı hücumların artması, belə bir xidmətə olan tələbatı gündəmə gətirib.

Tətbiqin təqdim etdiyi xidmət ciddi müzakirələrə səbəb olub. Bəzi mütəxəssislər, bu cür bir sistemin təhlükəsizlik məsələlərini həll etmək əvəzinə, daha çox risk yaradacağını düşünürlər. Digər tərəfdən, bu tətbiqin təkcə həqiqi təhlükəsizlik ehtiyacı olan şəxslər üçün deyil, eyni zamanda sosial mediada diqqət çəkmək istəyən məşhurlar və "TikTok" istifadəçiləri üçün də yeni bir trenda çevriləcəyi proqnozlaşdırılır.

Bir müddət əvvəl Nyu-Yorkda "UnitedHealthcare" şirkətinin baş direktoru silahlı hücum nəticəsində həyatını itirmişdi. Bu kimi hadisələr fonunda, "Protector" şirkəti tətbiqi həyat qurtaran bir həll yolu kimi təqdim edir. Lakin bu cür xidmətlərin hüquqi və etik tərəfləri hələ də müzakirə mövzusudur.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Peşə təhsili ilə uğurlu karyera mümkündür?

Naqif Həmzəyev: "Bəzi istilik sistemləri ciddi enerji sərfiyyatına gətirib çıxarır"

İstilik sayğacları pulsuz quraşdırılacaq

Türkiyə prezidentindən zəlzələ sonrası açıqlama

İstanbulda güclü zəlzələ oldu - YENİLƏNİB

Yeni binalarda istilik şəbəkəsi məcburi olacaq - Vahid sistem olacaq

Bu ərazilərdə söküntü olacaq - Kompensasiya şərtləri açıqlandı

“Melissa Group”un rəhbərinin həbs müddəti uzadıldı

Ali məktəb ixtisaslarının keçid balları açıqlandı

Ali məktəb ixtisaslarının keçid balları açıqlandı

Bakıda məşhur şadlıq evləri cərimələndi - SİYAHI

Alatavada qanunsuz söküntü ilə bağlı saxlanılan ekskavator sürücüsünün həbs müddəti uzadıldı

"JP Morgan"dan qızıl qiymətləri ilə bağlı böyük proqnoz

"Bitcoin" sürətli yüksəlir... - Mütəxəssislər yeni hədəf qiyməti açıqladı

“Azər-Türk Bank”ın ümidsiz milyonları

İdeyadan reallığa: Yeni nəsil startaplar parlaq gələcək vəd edir

Sabah bəzi yerlərdə yağış yağacaq, duman olacaq

Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlandı - SİYAHI

Bu xəstəxana direktorlarının ölkədən çıxışına "stop" qoyula bilər

Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb

"İdeyanı sat, investisiya cəlb et" - Azərbaycanda yeni platforma istifadəyə verildi

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

Məkkəyə viza olmadan giriş qadağan edildi

Bakıda yağış yağacaq

Nazir rəisi təqaüdə göndərdi - Yeni təyinat

Satılan "Kirayə mənzillər" yenidən satışa çıxarıldı - Bu dəfə daha baha qiymətə

Zaur Kərimov istefa verdi

Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?

Süni intellektlə iş müsahibəsinə hazırlaşdı, universitetdən qovuldu - İndi yaratdığı alətlə milyonlar qazanır

Keçmiş SSRİ və region ölkələrində maaşlar - Azərbaycan neçəncidir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin