BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
65478

Bəzən müxtəlif səbəblərdən iş yerlərində əməkhaqqının verilməsində gecikmələr olur. Bu kimi hallar işçilər tərəfindən narazılıqla qarşılanır. Bəs maaşlarda hər ay gecikmə olması işçilərin həvəsinə necə təsir edir? 

İnsan Resursları üzrə mütəxəssisi Asim Həsənov Valyuta.az-a bildirdi ki, bu kimi problemlərin həlli qanunla tənzimlənir: “Əməkhaqqının ödənilməsi Əmək Məcəlləsinin 172-ci maddəsində öz əksini tapır. Burada qeyd olunur ki, əməkhaqqı ya 16 gündən çox olmayan müddətdə, yaxud da ayda bir dəfədən az olmayan müddətdə ödənilə bilər. Eyni qaydada Əmək Məcəlləsinin 174-cü maddəsində göstərilir ki, işçinin razılığı ilə əməkhaqqı onun bank hesabına köçürülə bilər. Bu qaydanı da vurğulayım ki, əməkhaqqı işcinin işlədiyi yerdə ödənilməlidir. Bəzi hallarda əməkhaqlarında gecikmə halları müşahidə olunan şirkətlər olur. Bunun hər iki tərəfə də heç bir müsbət təsiri yoxdur. Hər bir halda işcilər də, şirkətlər də mənfi durumla qarşılaşır".

Əməkhaqqı gecikdirilməsi işin məhsuldarlığını aşağı salır

A.Həsənov bildirdi ki, əməkhaqqı gecikdirilməsində ən böyük çətinliklərdən biri işçilərdə maddi problemlərin yaranmağı olur: “İşçilərin müasir dövrdə müəyyən öhdəlikləri var. İnsanların bəzilərinin kreditləri, ipotekaları var. Hamının kommunal xərcləri var. Əməkhaqqı gecikəndə, biz də öhdəliyimizdə olan məbləğləri gecikdiririk və qarşı tərəflə aramızda istər-istəməz narazılıqlar yaranır. Bu narazılıqlar yarananda işçidə motivasiya çox aşağı düşür. İşçi işə əvvəlki kimi vaxtında gəlmir, iş vaxtı bitməmiş işini saxlayır, işləmə həvəsi düşür. Bunlar da işin məhsuldarlığını aşağı salır, çünki işçinin ağlında işə fokuslanma olmur, artıq maddi problemləri necə həll edəcəyini düşünür, problemlərdən çıxış yolunu axtarır. Bu yaranan hallar işlə həyat arasındakı balansı pozur. İşçidə stress yaransa, işi əvvəlki qaydada apara bilmir".

Əməkhaqqı gecikdirilməsi şirkəti geriyə salır

A.Həsənov deyir ki, daima bu vəziyyətlə qarşılaşan işçilər özlərinə yeni iş axtarmağa başlayırlar: “İşçilər özlərinə başqa iş axtarmağa başlayanda şirkətdən bir neçə işçi eyni qaydada çıxır və gələn yeni işçilər əvvəlki nəticəni verə bilmir. Çünki yeni gələn işçilərin onsuz da şirkət barədə çox anlayışları olmur və yeni olduqları üçün köhnə işçilərin yerini verə bilmirlər və bu şirkəti bir az da geriyə aparır. Bundan əlavə, şirkətə inam zəifləyir. Məsələn, eyni mühitdə 5 dostla oturub söhbət edəndə, hər hansı bir dost öz əmək haqqının gecikdiyini bildirəndə digərlərində artıq həmin şirkət barədə mənfi rəy yaranır. Bir gün onlara da həmin iş yerlərindən iş təklifi gəlsə belə oradakı reallığı eşitdikləri üçün getməməyi seçirlər”.

Müqaviləsiz iş yerlərindən çəkinmək lazımdır

Mütəxəssis qeyd etdi ki, uzun müddət gecikmə problemləri ən çox əmək müqaviləsi olmayan işlərdə olur: “Gündəlik işlərdə, yaxınlarla qurulan bizneslərdə və.s bu kimi hallar çox olur. İş axtaranlara tövsiyə edərdim ki, həmişə rəsmi, oturuşmuş, formalaşan şirkətlərə müraciət eləsinlər, çünki onlarda belə problemlər yaranmır. Nə qədər ki, əmək müqaviləsi olmayan, gündəlik işlərə müraciət edəcəklərsə, bu kimi hallarla çox qarşılaşacaqlar. İş tapmaq üçün rəsmi elan saytlarına baxmaq daha tövsiyə olunandır. Bu elan saytlarında da istənilən vəzifədə normal iş tapmaq olur. Onu da bildirim ki, əgər işçi rəsmi işləyirsə, əməkhaqqı işəgötürənin təqsiri ucbatından gecikirsə, hər gecikdirilmiş gün üçün əmək haqqının 1% ödəniş ala bilər, qeyri rəsmi, müqaviləsiz işləyirsə, heç nə edə bilməz, çünki əlində sübut yoxdur".

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bu tələbələrə təqaüd veriləcək - Nazir açıqladı

İçərişəhərlə bağlı yeni Məhdudiyyət

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə®

Gecikən qərarların qazanca təsiri - Pulun zaman dəyəri

Tütün tullantılarını hansı ölkələrdən alırıq?

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi - Anons

Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı

Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı

Avtomobil qiymətləri düşəcəkmi? - 2025-ci il üçün proqnozlar

Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq - TARİXLƏR

Qarabağ Universiteti üçün tarixi bina ayrılıb

Vasif Talıbovun oğlunu o əvəzlədi - FOTO

Bu universitetdə qəbul planı artırıldı

Sabahın hava proqnozu

Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi - 50 tələbəyə təqaüd ayrıldı®

Azərbaycanda peşələr festivalı keçiriləcək - 650 min manatlıq layihə

İlham Əliyev Alparslan Bayraktarı qəbul etdi - FOTOLAR

Azərbaycanda bu mənzillərin qiyməti ucuzlaşıb

"Zeytun" aptekləri dərmanları baha satdığı üçün cərimələndi

"Zeytun" aptekləri dərmanları baha satdığı üçün cərimələndi

Vasif Talıbovun oğlu vitse-prezident vəzifəsindən uzaqlaşdırıldı

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

İctimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır

“Embawood” qüsurlu malın geri qaytarılmasından imtina etdi - CƏRİMƏLƏNDİ

"Molokan bağı" yaxınlığında yerləşən obyekt satışa çıxarılıb - QİYMƏT

Karyera xətrinə yazılan ölüm hökmü: İş həyatı karosi xəstəliyinə necə aparır? - Tədqiqat

“Bravo” müştəriləri aldadır - Dövlət Agentliyi cərimələdi

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

O, Polşanın yeni prezidenti olacaq

Prezident Bakıda sərgi və forumun açılışında iştirak edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin