BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
65379

Böyük marketlərdə bir çox məhsulların öz temperaturuna uyğun vitrinlərdə yığıldığını görürük. Lakin kiçik, əsasən də məhəllə marketlərində vəziyyət bir qədər fərqlidir. Belə ki, bəzi qida məhsulları var ki, onların özlərinə uyğun şəraitdə saxlanılması vacibdir. Amma kiçik marketlərdə bunu görə bilmirik.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi ki, bəzi  məhsullar xüsusi yüksək risk qrupuna aid olur: “Ət və ət məhsulları, süd və süd məhsulları, zülal tərkibli qidalar  və sairlərin saxlanmasında temperatur əhəmiyyətli rol oynayır. Əgər düzgün saxlanılma şərtlərinə əməl olunmasa, həmin qidaların tərkibində ciddi dəyişiklik baş verir. Bunlar da zəhərlənməyə səbəb olmaqla yanaşı, bir çox sağlamlıq problemlərinə gətirib çıxarır. Xüsusilə bu hallar marketlərdə satılan məhsullarda da özünü göstərir və bu adətən kiçik məhəllə marketlərində daha çox olur”.

Düzgün saxlanılmayan qida bakteriya yuvasına dönür

Mütəxəssis bildirdi ki, qida məhsullarının qeyri-qida məhsulları ilə birlikdə saxlanılması da bəzən problem yarada bilir: "Xüsusilə də yuyucu tozlarını (bəzən daha çox qatqı maddəsi olan zərərli kimyəvi maddələrdən istifadə edilir) qidalarla yanaşı saxladıqda, həmin maddələr qidanın tərkibinə də nüfuz edə bilir. Belə olduğu halda qidanın tərkibi dəyişir, keyfiyyəti aşağı düşür və sağlamlığa zərər vurur. Eyni zamanda düzgün şəkildə saxlanılmayan qidaların tərkibində bakteriyalar daha sürətlə artır. Əsasən heyvan mənşəli qidalarda mikrobların sürətlə çoxalması baş verir ki bu da qidanın xarab olmasına və istifadə edildikdə orqanizmə ciddi ziyan vurmasına, zəhərlənməyə səbəb ola bilir".

"Bəzən elə olur ki, elektrik enerjisinə qənaət etmək məqsədilə soyuducuları müəyyən bir vaxtda elektrikdən ayırırlar. Bu zaman məhsul temperatur dəyişikliyinə məruz qalır və həmin qidanın tərkibi pozulmağa başlayır və daha sonra dondurulduqda alıcılar bundan xəbər tutmur. İstifadə etdikdə isə artıq öz zərərlərini göstərir. Yanlış saxlanılma ət məhsullarında salmonella kimi zərərli və digər bakteriyaların yaranmasına səbəb olur" - deyə mütəxəssis bildirdi.

Mal qonşuluğu prinsipi qorunmalıdır

Qida mütəxəssisi düşünür ki, qidalarda mal qonşuluğu prinsipi qorunmadıqda bir çox fəsadlar ortaya çıxa bilər: “Mal qonşuluğu prinsipi pozulan qidalar - çiy məhsullar, açıq kəsilmiş ətlər və.s bu kimi məshulların birlikdə saxlanılması hər iki məhsulun keyfiyyətinin pozulmasına, xarab olmasına gətirib çıxarır. Xüsusilə paketlənmiş qablaşdırılmış məhsullar üzərlərində son istifadə müddəti göstərilsə də, düzgün şəkildə saxlanılmırsa, bu məhsullar son istifadə müddəti bitməmiş keyfiyyəti aşağı düşür və məhsulları almaq  təhlükəli hesab olunur. Yaxşı olar ki, bütün məhsulları alarkən güvənli markaya sahib olan məhsulu almaqla yanaşı, həm də satış yerində həmin məhsulun özünə uyğun şəkildə saxlanıldığına diqqət edək. 

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Az İnşaat T” inzibati məsuliyyətə cəlb edildi – Məhkəmə işi geri qaytardı

Bu biznes ideyası yerli bazar üçün perspektivlidir

Dərslik istehsalı ilə bağlı 650 min manatlıq müqavilə

Milyarder izah edir: Uğurlu həyata aparan sadə vərdiş hansıdır?

Bu sahibkar 40 min cərimələndi

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Deputata məxsus olduğu deyilən şirkətə 885 min manatlıq sifariş

Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?

Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır

Robotlara istiliyi və təzyiqi hiss etmək öyrədildi

"İntento AB"nin borcu 1 milyona yaxınlaşdı

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Rahim Hüseynova yüksək VƏZİFƏ VERİLDİ

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)

"Şahdağ"ın direktoru işdən çıxarıldı - Yeni təyinat

BP-yə işə düzəldəcəyini dedi, 3 nəfərin pulunu mənimsədi

Müəllimlərə mane olan əlavə tapşırıqlar: "Dərs deyək, yoxsa sənəd hazırlayaq?"

Fransız dərman nəhəngi ABŞ şirkətini 9,1 milyarda alır

“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi®

"Yüksəliş"in qalibinə AZCON-da vəzifə verildi

3,6 milyon manat vergi borcu olan şirkət kimindir?

Moda dünyasının ən gənc dizayneri - 4 yaşında başlayan karyera yolu

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI

Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan açıqlama

"Facebook"dakı saxta yarışmaya 800 min nəfər necə qatıldı?

İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin