Redaktor
"Arabika" qəhvəsinin qiyməti il sonuna qədər 30% azalacaq - Proqnoz
"Arabika" qəhvəsinin fyuçerslərinin 2025-ci ilin sonuna qədər təxminən 30% azalacağı proqnozlaşdırılır. Son vaxtlar qeydə alınan rekord qiymətlərin tələbi azaldacağı və 2026-cı il üçün Braziliyada bol məhsul olacağına dair ilkin əlamətlərin müşahidə edildiyi bildirilir.
Valyuta.Az xəbər verir ki, bu proqnozlar "Reuters" agentliyinin keçirdiyi sorğuda öz əksini tapıb.
Sorğunun nəticələrinə görə, "Arabika" qəhvəsinin 2025-ci ilin sonuna olan qiymət proqnozu bir funt üçün 2,95 dollar olub ki, bu da çərşənbə günü qeydə alınan bağlanış qiymətindən 30%, 2024-cü ilin sonundakı qiymətdən isə 6% aşağıdır.
"Tələbin çox yüksək qiymətlərə cavab olaraq sabit qalacağı gözlənilir", – sorğuda iştirak edən 12 treyder və analitikdən biri bildirib.
Qiymət artımına 2025/26 mövsümündə dünyanın ən iri "Arabika" qəhvəsi istehsalçısı Braziliyada daha kiçik məhsul olacağına dair gözləntilər səbəb olub.
Sorğunun median nəticələrinə əsasən, Braziliyanın 2025/26 mövsümündə "Arabika" qəhvəsi istehsalının 40,55 milyon kisə olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki mövsümdə qeydə alınan 43,4 milyon kisədən aşağıdır.
Bununla belə, bir neçə iştirakçı 2026/27 mövsümündə daha böyük məhsul olma ehtimalını vurğulayıb.
"Əgər şaxta və ya yağış dövrünü zərər görmədən keçə bilsək, 2026/27 mövsümündə Braziliyada rekord məhsul gözlənilə bilər", – digər iştirakçı qeyd edib.
"Arabika" qəhvəsinin qiymətləri 2024-cü ildə ən yaxşı nəticə göstərən əmtəə bazarlarından biri olub və təxminən 70% artıb. Bu il də artım davam edərək 11 fevralda bir funt üçün 4,2995 dollarla tarixi maksimuma çatıb.
Braziliyanın ümumi qəhvə istehsalının 2024/25 mövsümündə 66,4 milyon kisədən 64,6 milyon kisəyə düşəcəyi proqnozlaşdırılır. Lakin "robusta" (konillon) qəhvəsinin istehsalının artması "arabika"dakı azalmanı qismən kompensasiya edə bilər.
"Robusta" qəhvəsinin qiymətlərinin 2025-ci ilin sonuna qədər metrik ton üçün 4 200 dollara düşəcəyi və çərşənbə günü bağlanış qiymətindən 28%, illik isə 14% aşağı olacağı gözlənilir.
Braziliyanın "Robusta" qəhvəsi istehsalının 2025/26 mövsümündə 21 milyon kisədən 24,5 milyon kisəyə yüksələcəyi proqnozlaşdırılır.
Dünyanın ən böyük "robusta" istehsalçısı Vyetnamda da məhsulun 2024/25 mövsümündə 28 milyon kisədən 29 milyon kisəyə yüksələcəyi gözlənilir.
"Əgər hava şəraiti Vyetnamda əlverişli qalsa, fermerlərin son illərdə etdiyi sərmayələr sayəsində istehsalın bərpa olunacağını gözləyirik", – sorğuda iştirak edənlərdən biri bildirib.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025