BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
65081

"Bitcoin" məzənnəsinin 100 min dollardan yuxarı qalxması, bütün dünya üzrə investorların ötən 2024-cü ildə xatırladığı 11 parlaq epizoddan biri oldu. Ümumilikdə, 2024 - cü ildə "Bitcoin" sahibi olan 56 325 nəfər dollar milyonçusu oldu.

Kriptovalyuta bütün dünyanın diqqətinə gəldiyi üçün, çox adamı düşündürən bir sual var ki, kiçik sərmayə yatırmaqla kriptovalyuta milyonçusu olmaq mümkündür? Ümumiyyətlə, kriptovalyuta milyonçularının sayı necə artacaq?

Mövzu ilə bağlı Valyuta.az-a danışan Crypto Consulting MMC-nin direktoru Elnur Quliyev bildirib ki, iri investorlar, birbaşa "Bitcoin" almasa da, "Bitcoin"in qiymətinin artmasında qazana bilirlər:

“Fondlar fiziki olaraq "Bitcoin" alır, sonradan isə insanlar həmin fondların səhmlərini alır. "Bitcoin"in qiyməti qalxdıqca, bu səhmləri alanlar mənfəət əldə edir. Bu da təşviq edir ki, iri investorlar və pensiya fondları uzunmüddətli perspektivdə investisiya etmək üçün "Bitcoin"ə yönəlsinlər. Artıq 2017-ci ilin qiymət dəyişiklikləri ilə müqayisədə, indi investorlar daha təcrübəlidir və daha uzunmüddətli mövqelərdə kriptovalyutalara investisiya edirlər”.

E.Quliyevin sözlərinə görə, yaxın 10 il ərzində "Bitcoin"in qiyməti altı rəqəmli olacaq: “2034-cü ildə isə “Bitcoin halving” prosesi nəticəsində, artıq "Bitcoin"in 99%-i dövriyyədə olacaq. Qalan 1%-in dövriyyəyə çıxması isə 100 il ərzində baş verəcək. Bu limitli təklif, "Bitcoin"in antiinflyasiya tədbiri kimi fəaliyyət göstərir və investorların marağını cəlb edir.

Rəqəmsal valyutanın limitli olması nəticəsində, daha sonradan alınan "Bitcoin"lər daha baha olacaq, bununla yanaşı, əvvəl alanlar daha çox qazanacaq. Bu prinsip yeni bir investisiya aktivinin mərhələsinə qədəm qoymağımıza səbəb olur”.

E.Quliyev qeyd edib ki, bitcoin artıq daha yüksək qiymətə malikdir və indi yalnız iri investorlar tərəfindən alınır: “Yeganə gəlir mənbəyi aylıq məvacib olan insanlar əgər kriptovalyutada qazanmaq istəyirlərsə, aylıq maaşlarından müəyyən bir hissəsini kriptovalyutaya yatırım edə bilər. Hazırda qiyməti 1 dollardan aşağı olan bəzi kriptovalyutalar mövcuddur ki, gələcəkdə, bu kriptoların qiymət artım tempi, bəlkə də, "Bitcoin"dən daha yüksək olacaq.

Çox sayda insan, artıq qiyməti aşağı olan və gələcəkdə artma potensialı olan altcoinlərə yatırım edir. "Bitcoin" kimi kriptovalyutalardan fərqli olaraq, altcoinlərin qiyməti daha ucuzdur və bu, onların investorlar tərəfindən daha çox cəlb olunmasına səbəb olur. 

"Bitcoin"in qiymətinin artıq çox yüksək olmasına görə, iri investisiya fondları və korporativ şirkətlər gələcəkdə Bitcoin almağa meylli olacaq. Ancaq adi bir insan, məsələn, 1000 dollara "Bitcoin" alarsa, onun gələcəkdə 2000 dollara çatması üçün "Bitcoin"in qiymətinin 200.000 dollara çıxması lazım olacaq. Bu isə yaxın gələcəkdə baş verməyə bilər”.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Az İnşaat T” inzibati məsuliyyətə cəlb edildi – Məhkəmə işi geri qaytardı

Bu biznes ideyası yerli bazar üçün perspektivlidir

Dərslik istehsalı ilə bağlı 650 min manatlıq müqavilə

Milyarder izah edir: Uğurlu həyata aparan sadə vərdiş hansıdır?

Bu sahibkar 40 min cərimələndi

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Deputata məxsus olduğu deyilən şirkətə 885 min manatlıq sifariş

Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?

Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır

Robotlara istiliyi və təzyiqi hiss etmək öyrədildi

"İntento AB"nin borcu 1 milyona yaxınlaşdı

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Rahim Hüseynova yüksək VƏZİFƏ VERİLDİ

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)

"Şahdağ"ın direktoru işdən çıxarıldı - Yeni təyinat

BP-yə işə düzəldəcəyini dedi, 3 nəfərin pulunu mənimsədi

Müəllimlərə mane olan əlavə tapşırıqlar: "Dərs deyək, yoxsa sənəd hazırlayaq?"

Fransız dərman nəhəngi ABŞ şirkətini 9,1 milyarda alır

“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi®

"Yüksəliş"in qalibinə AZCON-da vəzifə verildi

3,6 milyon manat vergi borcu olan şirkət kimindir?

Moda dünyasının ən gənc dizayneri - 4 yaşında başlayan karyera yolu

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI

Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan açıqlama

"Facebook"dakı saxta yarışmaya 800 min nəfər necə qatıldı?

İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin