BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
65057

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin yanvar ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini a,ıqlayıb. 2025-ci ilin yanvar ayında Azərbaycanda ən çox şikayət edilən bank 2.92 indeksi ilə “Yapı Kredi Bank Azərbaycan” seçilib. Siyahıda bir neçə iri bankın adı olsa da, amma vətəndaşların şikayətçi olduğu hallar açıqlanmayıb. Bəs hazırda banklarda vətəndaşlar üçün çətinlik yaradan hansı hallar var? Vətəndaşlar nədən şikayətçidir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov qeyd edib ki, bu şikayətlərin hamısının əsaslı olduğunu demək olmaz:

“Bu şikayətlərdə kəmiyyət önəmli deyil. Ola bilər ki, hansısa bankdan şikayət daha az ola bilər, amma daha da əsaslı olar. Bundan başqa, elə banklar var ki, artıq onlar haqqında insanlar şikayət etmək istəmir. İnsanlar düşünür ki, onsuz da bu banklardan şikayət etməyin mənası yoxdur”. 

“Vətəndaşlar nədər şikayətçidir?” sualına cavab olaraq ekspert vurğulayıb ki, burada şikayət və tələb məsələsini ayırmaq lazımdır:

“Vətəndaşların problemlərlə qarşılaşdığı əsas iki məsələ var. İlk olaraq kreditlərlə bağlı məsələlərdir. Məsələn, vətəndaş deyirsə ki, krediti düzgün hesablamayıblar, məndən artıq məbləğ istəyirlər, bu, şikayətdir. Lakin müştəri deyirsə ki, krediti verə bilmirəm, mənə güzəşt etsinlər, bu isə artıq şikayət deyil. Çünki güzəşt bankın haqqıdır, istəsə edər, istəməsə yox. Lakin bunu da şikayət kimi qeydə alırlar.

Ən əsas problem isə son vaxtlar çoxalan bank kartlarından vəsaitlərin oğurlanması və itməsidir. Bu isə birbaşa şikayət hesab olunur. Belə hallar isə son vaxtlar kəskin şəkildə artıb. 

Bundan başqa aydın məsələdir ki, şikayəti daha çox vətəndaşlar edir. Amma bütün banklarımız vətəndaşlarla işləmir. Məsələn, bir neçə bank var ki, onlar istehlakçılarla daha az işləyir, daha çox müştəriləri sahibkarlardır”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Az İnşaat T” inzibati məsuliyyətə cəlb edildi – Məhkəmə işi geri qaytardı

Bu biznes ideyası yerli bazar üçün perspektivlidir

Dərslik istehsalı ilə bağlı 650 min manatlıq müqavilə

Milyarder izah edir: Uğurlu həyata aparan sadə vərdiş hansıdır?

Bu sahibkar 40 min cərimələndi

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Deputata məxsus olduğu deyilən şirkətə 885 min manatlıq sifariş

Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?

Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır

Robotlara istiliyi və təzyiqi hiss etmək öyrədildi

"İntento AB"nin borcu 1 milyona yaxınlaşdı

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Rahim Hüseynova yüksək VƏZİFƏ VERİLDİ

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)

"Şahdağ"ın direktoru işdən çıxarıldı - Yeni təyinat

BP-yə işə düzəldəcəyini dedi, 3 nəfərin pulunu mənimsədi

Müəllimlərə mane olan əlavə tapşırıqlar: "Dərs deyək, yoxsa sənəd hazırlayaq?"

Fransız dərman nəhəngi ABŞ şirkətini 9,1 milyarda alır

“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi®

"Yüksəliş"in qalibinə AZCON-da vəzifə verildi

3,6 milyon manat vergi borcu olan şirkət kimindir?

Moda dünyasının ən gənc dizayneri - 4 yaşında başlayan karyera yolu

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI

Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan açıqlama

"Facebook"dakı saxta yarışmaya 800 min nəfər necə qatıldı?

İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin