BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
64756

ABŞ Prezidenti Donald Tramp Xəzinədarlıq Departamentinə sikkələrin (metal pulların) zərb edilməsini dayandırması barədə göstəriş verib. ABŞ-nin uzun müddətdir ki, istehsal xərci 2 sentdən çox olan sikkələr çap etdiyini bildirən Tramp bunu böyük israf adlandırıb. ABŞ Xəzinədarlıq Departamentinin məlumatına görə, 2023-cü ildə bir ədəd 1 sentlik sikkənin istehsalı təxminən 2.72 sentə başa gəlib. Ümumilikdə, ABŞ hökuməti hər il təxminən 4 milyarddan çox 1 sentlik sikkə istehsal edir ki, bu da milyonlarla dollar əlavə xərclərə səbəb olur. Bundan əlavə, 5 sentlik (nikel) sikkənin istehsal dəyəri 10 sentə yaxınlaşır, bu da Tramp administrasiyasının xərcləri azaltmaq üçün digər sikkələrlə bağlı da qərarlar verə biləcəyini göstərir.

Qeyd edək ki, bu mövzu Azərbaycanda da aktualdır. Belə ki, ölkəmizdə 20 və 50 qəpiklikdən başqa, bütün qəpikliklərin maya dəyəri onun nominal dəyərindən yüksəkdir.

Bunu statistik məlumatlar da təsdiqləyir:
 
Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycana 2024-cü ilin ilk 10 ayı (yanvar-oktyabr) ərzində rəsmi ödəniş vasitəsi kimi 168 min 906.5 kiloqram sikkə idxal olunub. Bu idxala çəkilən xərc 2 milyon 513 min ABŞ dolları olub. Nəticədə, 1 qram sikkənin maya dəyəri orta hesabla 1.5 sent (2.55 qəpik) olub. 

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 1 qəpikliyin çəkisi 2.8 qram, 3 qəpikliyin çəkisi 3.45 qram, 5 qəpikliyin çəkisi 4.85 qram, 10 qəpikliyin çəkisi 5.25 qram, 20 qəpikliyin çəkisi 6.6 qram, 50 qəpikliyin çəkisi isə 7.37 qramdır.
 
Məlumatlara əsasən deyə bilərik ki, 1 qəpiklik təxminən 7.14 qəpiyə, 3 qəpiklik 8.79 qəpiyə, 5 qəpiklik 12.36 qəpiyə, 10 qəpiklik 14.02 qəpiyə, 20 qəpiklik 16.83 qəpiyə, 50 qəpiklik isə 18.79 qəpiyə başa gəlir.

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qanunlarla bu qəpiklər tədavüldə olmalıdır:

Onun sözlərinə görə, dövriyyədən çıxartmaq üçün qanunlarda dəyişikliklər lazımdır:

“2023-cü ildə 1-3-5 qəpiklik xırda pulların Almaniya və Türkiyədə zərb edilməsinə 7 mln. 108 min dollar, yəni 12 mln. 83 min manat pul xərcləyiblər. Həmin il xaricdə istehsal edilən bütün 1-3-5 qəpiklərin nominal dəyəri isə cəmi 1,5 mln. manat olub. 1, 3, 5 qəpikliklərin dövriyyədə olması indiki inflyasiya, bahalıq, kartla ödənişlərin kəskin artdığı şəraitdə lazımlı deyil”.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ferrari" sahibləri gəncləşir

"Apple"ın yeni sürprizi: "iPhone 17 Ultra" gəlir?

Məşhur ailələr "Volkswagen"dəki payını satılacaq?

"PepsiCo" 1,95 milyard dollara bu şirkəti alır - Məqsədini açıqladı

"Aqrarkredit"in 6 milyonluq əmlakı hərraca çıxarılacaq - Cədvəl

Dünyanın ilk .com domeni: Symbolics.com-a nə oldu?

Uzun tətildən sonra işə adaptasiya olmaq niyə çətindir?

Azərbaycanın ixracı son 1 ayda 1.2 mlrd. dollardan çox azalıb

İnnovasiya və Təchizat Mərkəzi milyon yarımlıq sərfiyyat malları alacaq

İcra hakimiyyəti tender kralından 18 minlik yanacaq alır

"Google Asistan" gedir, yerini "Gemini" tutur

Dövlət Reklam Agentliyi 43.2 min manata ofis icarəyə götürür

Azərbaycanda kompüter istehsalı 4 dəfəyə yaxın artıb

Əhalinin nominal gəlirləri 11 milyardı keçdi - Rəsmi

DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

ADY-dən gedişhaqqının çox çıxılması iddiaları ilə bağlı açıqlama

Təmizlik idarəsi yarım milyonluq it yemi alır

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Mobil operatorların gəlirləri açıqlandı

Yoxsulluq insanın bioloji qocalmasını sürətləndirir

Sabiq məmurlar həbs edildilər

Bir elektromobilin orta idxal dəyəri 39 min dollara düşüb

7 milyonluq “Xaçmaz Aqropark” nizamnamə kapitalını azaldır

İnnovativ startaplar yerli bazarı hərəkətləndirir

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

Bakıdan Sumqayıta ilk dəfə birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək

Məşhur türkiyəli ekspert Bakıda təlim keçəcək - Beynəlxalq sertifikat veriləcək

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin